Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəsmi oqranı olan www.veteran.az saytının xarici oxucu kütləsi ötən aya nisbətən 48% artıb.
Artıq bir ildən çoxdur ki, fəaliyyət göstərən www.fedai.az saytı yeni formatda fəaliyyət göstərməsinə baxmayaraq müharibə veteranlarından savayı Azərbaycan xalqının geniş oxucu kütləsinin də rəğbətini qazana bilib. Az bir müddət ərzində saytda həm müharibə veteranlarının vətənpərvərlik tərbiyəsi baxımından gənc nəsil üçün böyük əhəmiyyət daşıyan döyüş xatirlərinin işıqlandırılması, mənfur erməni cəlladlarının vəhşilikləri, Azərbaycan Respublikası torpaqlarının işğal günlərində zəbt olunan şəhər və rayonlarımız haqqında geniş yazıların dərc olunması və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın mübariz ruhlu hekayələri, o cümlədən şanlı hərb tariximizin qaranlıq tərəflərinin peşəkar şəkildə işıqlandırılması nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda yaşayan soydaşlarımız və onların övladlarının da böyük maraqla oxuduğu etibarlı bilik və məlumat mənbəyinə çevrilmişdir.
AVMVİB-in Mətbuat xidmətinin tapşırığı əsasında jurnalist və informasiya texnologiyaları üzrə heyət Birliyə məxsus saytların monitorinqini aparmış və 15 günü əhatə edən qısa statistik hesabat əldə etmişdir ki, onun maraq doğuran hissələrini oxucularımızla bölüşürük.
Beləliklə, son 15 gün müddətində Azərbaycan Respublikasından saytı ziyarət edənlərin sayı 57.600 nəfəri ötümşdür. Qlobal formada isə www.fedai.az saytına daxil olanların ölkələr üzrə ziyarət sayı isə aşağıdakı kimidir:
Rusiya Federasiyasından — 561 nəfər
ABŞ-dan — 308 nəfər
Türkiyədən — 140 nəfər
Qazaxıstandan — 192 nəfər
Ukarynadan — 105 nəfər
Ermənistan tərəfindən işğal altında olan Qarabağdan — 100 nəfər
Gürcüstandan — 76 nəfər
Almaniyadan — 73 nəfər
Rumıniya, Estoniya və İrlandiyadan ümumilikdə 167 nəfər.
Son 24 saat ərzində fedai.az saytının ziyarətçi sayı 1.000 nəfərə çatmışdır.
Statistik hesabatlarla tanış olan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri Xaqani Rzaquliyev bildirdi ki, bu nəticə ilk növbədə xəbərin keyfiyyəti və peşəkar şəkildə oxucuya çatdırılması və hər birimizin gərgin əməyi və yuxusuz gecələri hesabına əldə edilmişdir və saytın Azərbaycandan kənarda yaşayan soydaşlarımız arasında da getdikcə populyarlşması artıq fedai.az saytını Azərbaycandilli mediada özünü təsdiq etmiş mətbu orqana çevrilmişdir.

«Mən həmişə demişəm, bayağı, qeyri-peşəkar formada oxucuya təqdim edilən istənilən növ informasiya məhsulu elə oxucuların özləri tərəfindən çıxdaş edilir. İnsanları artıq kiminsə şəxsi problemləri və məişət məsələləri maraqlandırmır. İndi güclü və intellektual gənc nəsil yetişib. Onların təhsil səviyyəsi, dünyagörüşü dəyişib. Xüsusilə də, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın övladları. Onlar Vətən haqqında, insanlarımız, onların problemləri, uğurları, tarixi və qəhrəmanları, özlərinin milli kimlikləri barədə informasiyaya ehtiyac duyurlar. Biz isə bu ehtiyacın müəyyən bir hissəsini öz gücümüzün imkan verdiyi qədər doldurmağa çalışırq. Hələ də Azərbaycan jurnalistikasına özünü sırayanlar bu işin mahiyyətini tam anlamırlar. Oruelin bir deyimi var: «İnformasiyanı idarə edənlər, dünyanı da idarə edirlər». Bu bir həqiqətdir. Amma əfsuslar olsun ki, bu gerçəkliyi anlamayanlar sayt-qəzetçilik- blogerlik və s. fəaliyyəti səssiz müğənilərin şou aləmində səs-küy qoparmalarına bənzəyir».

Məhdud texniki avadanlıq və resurs çatışmazlığının olmasına baxmayaraq
www.fedai.az və www.veteran.az saytlarının Azərbaycanın onlayn media resursları arasında özünəməxsus yer tutduğunu da qeyd edən X. Rzaquliyev xüsusi olaraq vurğuladı ki, artıq Azərbaycandilli oxucularını bəsit başlıq və məzmunlu xəbəlrələ saytlara cəlb edib reytinq yığmaq mümkün deyil. Oxuculara bu gün peşəkar səviyyəli, əsil jurnalist yanaşması və araşdırmasının məhsulu olan xəbərləri və tərcümələri təqdim etmək lazımdır. Jurnalist publisistik üsluba xələl gətirmədən keyfiyyətli informasiya məhsulu hazırlamağı bacarmalıdır. Keyfiyyətli xəbərlərə isə oxucular həmişə «ac» olur.
Nurlan Məmmədli
