TÜRKÇÜLÜK: Biz qurd kimi yaşayıb qurd kimi öləcəyik

Türkçülük, Türk törəsinə və ənənəsinə uyğun yaşamaq, Türklüyü sevmək, qorumaq və böyütmək deməkdir. Türklər tarixin ən qədim, dərin köklü millətlərindən biridir. Ancaq əsrlər boyu millət şüurundan məhrum durumdadırlar. Bu da, türklərin birləşməsini və böyük bir güc olaraq doğulmasını qeyri-mümkün etdi. Özlərini tanımayan xalqların düşmənlərinə təslim olması qaçılmazdır. Çaşqın vəziyyətimizə və əsrlər boyu qanımızın axmasına tək səbəb türklüyün duyğularından və düşüncələrindən uzaqlaşmağımızdır. Yenidən böyük və güclü bir millət olmaq istəyiriksə, özümüzü tanımalı və sevməliyik. Qaranlıqda qalmış Türk tarixini işıqlandırmaqla, əcdadlarımızdan aldığımız işıq üzrə hərəkət etməliyik.

Osmanlı İmperiyasının ən möhtəşəm əsrləri türklər üçün böyük bir ərimənin və yox olmanın başlanğıcı oldu. Osmanoğulları öz idarəçiliyini qorumaq üçün Türklərdən üz döndərdilər. Sanki bu kifayət etmədi, Anadolu Türklüyünə qarşı soyqırım həyata keçirdilər. Türk olmayanlar taclandırıldı və dövlət dönmə və soysuzların əllərinə verildi. Bu Türk nifrətinin səbəbi, Türk törəsinə görə idarəetmə səlahiyyətinin Oğuz Kağanın Türk qəbilələrində olması idi. Ancaq Osmanlıların bizə dediyi kimi, onlar Kayı qəbiləsindən deyildir və soyları qeyri-müəyyəndir.

Kayı boyu haqqında nağıllar sonradan uyduruldu. Buna görə Anadolu bəylikləri Osmanlı hakimiyyətinə qarşı çıxdılar. Bəyliklərin müqaviməti Osmanlılara nifrətini daha da artırdı. Buna görə türklər öz vətənlərində əsarət altına alındılar, onları cahil və kasıb buraxdılar. Türklərin əli ilə böyük bir dövlət olan Osmanlılar dönmə və soyu bilinmyənlərin oyunları ilə yavaş-yavaş əridi və nəticədə dağıldı. Ancaq Tanrı Türk millətini acıdı, gücünü yalnız Türklüyündən alan böyük bir Başbuğ göndərdi. Onun adı Atatürk idi. Atatürk nəinki böyük müharibələr qazandı, həm də etdiyi inqilablarla ölməyə hazırlaşan Türklüyü canlandırdı. Millətimizə itirdiyi Türk ruhunu da qaytardı. Bu sətirləri yazarkən bütün varlığımla o böyük türk ruhunu duymaqdayam…

Картинки по запросу boz kurt

Göründüyü kimi öz kökündən ayrılanlar yox olmaqdan xilas ola bilməzlər. Türk tarixində bunun çoxsaylı nümunələri var. Təkcə Osmanlılar deyil, Hunlar, Göktürklər, Uyğurlar və Səlcuqlar da Türklükdən üz çevirdikləri üçün yox oldular. Bəziləri çinliləşərək, bəziləri ərəbləşərək əriyib yox oldular. Başımıza fəlakətlər gələndə, türk olduğumuzu xatırlayırıq. Sonra xilasın yaxınlaşacağını bilirik. Heç kim türk işığını söndürə bilməz, türk gücünü də məğlub edə bilməz. Unutmamalıyıq ki, türk kimliyimizə ciddi əməl etsək, bütün başlardan üstün olacağıq. Beləliklə, türklüyümüzə bağlı olacağıq. Ancaq bu asan deyil. Əsl türk olmaq çətindir. Türk bütün böyük dəyərləri özündə cəmləşdirən üstün insan deməkdir. Yalnız Türk qanını daşımaq kifayət deyil, bütün varlığımızla Türkçülüyün duyğularını və düşüncələrini eşitməliyik və millət üçün son damla qanı uğrunda mübarizə aparmalıyıq.

Türk olmaq üçün hər zaman əlimizdən gələni etməliyik və əcdadlarımızın nəcibliyini şəxsiyyətimiz və davranışımızla göstərməliyik. Türkçü alplıq, böyüklük hissi ilə yoğrilmuş sarsılmaz bir varlıqdır. Türk olmaq, bütün xüsusi istək və ambisiyalardan yaxa qurtarmaqla özünü türklüyə həsr etməkdir. Bundan başqa, cahil insanlardan heç zaman türk ola bilməz. Əvvəlcə yüksək təhsil almalıyıq. Gərəksiz işlə məşğul olan və bayağı bir şəkildə yaşayan insanlar türkçülüyə zərər verməkdən başqa heç kimə gərək deyillər. Ən böyük bələdçimiz elmdirsə, ən böyük düşmənimiz cəhalətdir. Elmdən üz döndərənlər üzlərini qaranlığa və yoxsulluqa çevirdilər. Türk yurdlarında ən böyük məktəb qurmadan, ən yüksək arzumuza çata bilmərik.

Türkçülər yalan danışmazlar, aldatmayın, aldanmayın. Millətin sərvətini oğurlamaz. Bəlkə də bir gün quru çörək tapmayacağıq, ancaq türkçülüyə zərər verməyəcəyik. Çalışqanlığın böyük sərvət olduğunu unutmayaq. Zəhmət çəkmədən yeməyə vərdiş edən müftəxorlara aramızda yer yoxdur. Biz Bozqurdun nəsliyik. Bozqurd yalnız öz ovunu yeyər. Başqasının artığıyla gün keçirənlər çaqqaldan başqa bir şey deyillər. Biz qurd kimi yaşayıb qurd kimi öləcəyik.

Картинки по запросу boz kurt

Türkçülüyün mənbəyi atalarımızdan qalan törəmiz və adətlərimizdir. Unutmaq olmaz ki, tarix öz adət və ənənələrini itirmiş xalqların məzarıdır. Türkçülük dünyaya bir türk gözü ilə baxmaq, hər şeyi bir türk anlayışı ilə qiymətləndirmək deməkdir. Türklər min il ərəb başı ilə düşündülər və nəticədə peşman oldular, cəhalət bataqlığında batdılar. Türklüyü İslam adı altında ərəbçilik edərək məhv etməyə çalışıldı. Çağımızdakı ən vacib türklük mücadiləsi saxta islamçılığa, yəni ərəbçiliyə qarşı olmalıdır. Türkün özünə zərər verən bütün İslamçı quruluşlar yox edilməlidir. Yad inanclara və düşüncələrə hər zaman diqqətli olmalıyıq. İslamçılıq adı ilə ortaya çıxan və Türkçülüyə qarşı ən böyük hücumlar edən, hər cür alçaqlıqları yayan kəslər, bu düşüncələrin nə qədər doğru olduğunu yaxşı bilirlər.

Türkçülük millətimizi oyandıracaq yeganə düşüncədir. Türkçülüyə qarşı olmaq türklüyə düşmən olmaqdır. Bu gün türk düşmənləri Atatürkə düşmənçilik göstərdilər və böyük güc qazandılar. Bütün mümkün imkansızlara baxmayaraq, damarlarımızdakı nəcib qanın gücü ilə hər çətinliyi dəf edəcəyik. Şübhəsiz ki, gələcəkdə türklər birləşəcək, Türk Birliyi arenada üstünlük təşkil edəcəkdir. Bilinməlidir ki, türklük özünü yenidən yaradacaqdır …/Fb:Göktürk Yuvası/

Bu xəbəri paylaşın: