Dostluqda da mənfəət axtaranlar…

İnsan bəşəriyyətin ən ali varlığıdır. Tutduğu mövqedən asılı olmayaraq.


Bir məşhurun yazdığı statusu oxudum.


Xudayar haqqında idi. Gülər üzlü şəhidimiz, qəhrəmanımız haqda. Xoş sözlər yazaraq məşhurun facebook dostluğunda Xudayarın da olmasından qürurlanırdı…


Amma bu məşhur adam neçə illik facebook dostluğunda qalstuklu iş adamları, vəzifə sahiblərinin statuslarlndan düşmədiyi halda Xudayarın bir statusuna bir nöqtə belə atmamışdı…

Bu gün isə Xudayarı öz reklamı üçün səhifəsində paylaşır dost olduğunu yazır…


İnsanlara dəyəri oturduğu kreslo, boynundakı qalstuk və tutduğu vəzifə ilə verməyin.


İnsani dəyərlər daha geniş anlayışdır…

Həyat bunu sübut edir. Facebook dostluğunuzun küncündə qərar tutmuş birinin, sabah Sizin Qəhrəmanınıza çevrildiyi kimi…


Belə…


Hər kəsə Sayğılarla…

Surac Bəşirli

Bu xəbəri paylaşın: