Rusiya Qarabağda risk yaradır — ABŞ

Rusiyanın Qarabağda varlığı sabitliyin pozulması riskini yaradır.

Axar.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Klark Kuper deyib.

“Harada Rusiya varlığı varsa, orada da sabitliyin pozulması və orada iştirak edən ölkələrə meydan oxuma riski var”, — deyə Kuper bildirib.

O əlavə edib ki, ABŞ Minsk Qrupu çərçivəsində sülh danışıqlarının tərəfdarıdır və humanitar məsələlərə də daha böyük diqqət yetirir.

Bu xəbəri paylaşın: