News.am-ın məlumatına görə, Ermənistanın hərbi rəhbərliyi 71 hərbçidən məlumatsız olduqlarını etiraf edib.
Öz Facebook səhifəsində keçmiş qondarma rejimin “ombudsman”ı adını daşıyan Artak Beqlaryan Çaylaqqala kəndi istiqamətində 60 nəfərdən ibarət bölük yoxa çıxması barədə xəbər paylaşıb.

Emənipərəstliyi ilə seçilən BBC — nin verdiyi məlumatda isə deyilir: «Yerevanda itkin düşmüş hərbçilərin qohumları Ermənistan Müdafiə Nazirliyi qarşısında etiraz aksiyasını keçirib. Etirazçılar nazirliyin qapısını sındırıb binaya daxil olublar.
Etirazlara dünən axşam sosial şəbəkədə 100-dən çox erməni hərbçilərin Qarabağda Hadrut yaxınlığında Çaylaqqala kəndi ətrafında əsir götürülməsi haqqında video görüntülərin yayılması olub».
BBC-nin yaydığı başqa bir məlumatda deyilir: «100-dən çox erməni döyüşçünün son bir neçə gün ərzində əsir düşməsi barədə məlumatlar Ermənistan ictimaiyyətində böyük qəzəbə səbəb olub.
Yerevanda itkin düşmüş hərbçilərin qohumları Ermənistan Müdafiə Nazirliyi qarşısında etiraz aksiyasını keçirib. Etirazçılar nazirliyin qapısını sındırıb binaya daxil olublar.
Etirazlara dünən axşam sosial şəbəkədə 100-dən çox erməni hərbçilərin Qarabağda Hadrut yaxınlığında Çaylaqqala kəndi ətrafında əsir götürülməsi haqqında video görüntülərin yayılması olub.»
“MediaPort”un yaydığı məlumata görə bu günə kimi tkin düşmüş hərbçilər barədə məlumat toplamaq üçün yaradılan qaynar xəttə 494 müraciət daxil olub.
Məlumatlarrın Sülhməramlı Əməliyyat Mərkəzinin axtarış bölmələrinə ötürüldüyü qeyd edilib.
Ermənistan Müdafiə Nazirliyini qınayan mənbə “İtkin düşənlərin sayı ilə bağlı ən azı bəzi rəqəmləri Müdafiə Nazirliyimizdən deyil, rus sülhməramlılarından öyrənirik” fikirlərini də qeyd edib.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin birgə məlumatına görə, erməni silahlı dəstələri Hadrut istiqamətində döyüş mövqeləri yaratmış və Azərbaycan tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə və hərbi qulluqçulara qarşı terror-təxribat və diversiya əməllərini törətmişlər. Belə ki, 2020-ci il noyabr ayının 26-da işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülmüş, 2 nəfər yaralanmış, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olmuş və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanmışdır.
Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb.
Erməni toplumunun hələ də ağıllanmadığı ortadadır. Bu dəfə gələn Şirakdan olan terrorçular Şuşanı azad etmək üçün gəldiklərini açıqlayıblar. Piyada gəldilər, maşınla yola saldıq…
Nurlan Məmmədli
