Hamı onu axtarardı. Harasa gedən də, harasa məktub göndərən də, həkim axtaran da. O daha yoxdur.
Amansız xəstəlik, AVMVİB-nin şöbə müdiri, I qrup əlil Akif Abbasovu sıralarımızdan ayırdı. Son ad günü təbrikində yazmışdıq: «Param-parça edilmiş Vətənimiz Azərbaycan, elə Kərbəlayi Akifə oxşayır. Hesabladıq ki, Kərbalayinin də 20%-i yoxdu. Biz müharibə əlilləri, bir az öz Vətənimizə oxşayırıq. Hərəmizin 20%-miz yoxa çıxıb. Allah hamımıza şəfa versin, amma öncə doğma Azərbaycanımıza şəfa versin. Bu Vətənə min can fəda olsun!» Kərbalayi Akifə, uzun ömür, can sağlığı və doğma Qarabağda bir qələbə plakatı önündə olan rəsmiylə birgə bütöv Azərbaycan xəritəsini qoyacağımız günlər arzulamışdıq. Savaş günləri gəzmədiyi cəbhə bölgəsi qalmadı. Qələbəmizi gördü və arzumuz çin olunca Akif Abbasovu itirdik.

Allah rəhmət eləsin! Nur içində yat!
AVMVİB Rəhbərliyi Akif Abbasovun vəfatı xəbərindən kədərləndiklərini bildirir və dərin hüznlə mərhumun yaxınlarına başsağlığı verirlər.
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun!
AVMVİB Mətbuat Xidməti

