«Qarabağın statusu dəyişməz olaraq qalmalı və buna gələcəkdə qərar verilməlidir».
Fedai.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bugün keçirilən ənənəvi illik mətbuat konfransında deyib.
«Uzun illərdir ifadə etdiyimiz mövqeyimizi bir daha təkrarlayıram — Dağlıq Qarabağı əhatə edən 7 rayon Azərbaycana qaytarılmalı, Dağlıq Qarabağın özünün statusu isə dəyişməz olaraq qalmalı və buna gələcəkdə qərar verilməlidir. Bölgədəki status-kvo Dağlıq Qarabağ və Ermənistan arasında rabitə xəttinin yaradılması şərti ilə sabitləşdirilməlidir. Bu rolu da Laçın dəhlizi adlanan yol oynamalıdır», — Putin qeyd edib.
Rusiya prezidenti hamını narahat edən «Erməni silahlı qüvvələri Qarabağdan çıxarılacaqmı?” sualına aydınlıq gətirib:
Vladimir Putin bu barədə suala cavab verib. «Üçtərəfli bəyanatda bununla bağlı qeyri-müəyyənlik var. 4-cü maddədə yazılıb:
«Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir».
Lakin Putin bu məsələdə 1-ci maddəyə istinad etdi. Orada yazılıb:
«Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar». Yəni, erməni silahlı qüvvələri Rusiya sülhməramlı qüvvələrinin nəzarətindəki ərazilərdə qalmağa davam edəcək. Putin Dağlıq Qarabağın beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisi olduğunu və status məsələsinin gələcəyə buraxıldığını söylədi».
P.S. Cənab Putinə Azərbaycan Prezidenti, Ali Baş Komandanı cənab İ. Əliyevin status haqqında dediyi məşhur sözləri bir daha xatırlatmaq yerinə düşərdi: «Status-kvo deyilən məsələ yoxdur. Biz onu döyüş meydanında dəyişdirdik. Təmas xətti yoxdur, biz təmas xəttini yardıq. Bu, bizim tarixi qələbəmizdir!»
Getdi status-kvo…
Və Azərbaycan öz ərazilərini qanunsuz hərbi birləşmələrdən təmizləmək kimi beynəlxalq hüququnu da Putin görməzdən gəlib.


