REDAKSİYADAN: Bu yazı 12 dekabr 2017-ci ildə yayınlanıb. Saytın yenilənməsiylə bağlı görünmədiyinə görə yenidən yayınlamağa qərar verdik…
ABŞ yeniliyə imza atdı. Dünyada paytaxt tanıma ənənəsi yoxdur və qəbuledilməzdir. Əslində Qüds hər üç dinin müqəddəs simvollarına sahiblik edir. Bu addımı atan ABŞ-ın uzaq hədəfləri var. İlk hədəf bölgədəki durumunu bu addımla pərdələməkdən ibarətdir.
İngilis tarixçi Stüart Laycock, ingilis işğallarını araşdıran bir kitab yazıb. Kitabını yazmadan öncə bütün ölkələri əlifba sırasıyla araşdıraraq, buralarda İngilis izlərini araşdırıb. İngilis İmperatorluğu tərəfındən rəsmi olaraq işğal edilməmiş ancaq tarixin hər hansı bir dönəmində İngilis dəniz quldurları, İngilis hökümətinin izniylə dəniz quldurluğu edənlər və silahlı kəşflər tərəfındən qısa bir zaman da olsa ələ keçirilən torpaqlar da Stuart Laycockun kitabında işğal edilmiş bölgələr ya da ölkələr olaraq yer alıb. «İşğal etdiyimiz bütün ölklər: Və heç bir zaman ayaq basmadıqlarımız» adlı kitabında, tarixləri boyunca İngilis müstəmləkəçiliyi altında yaşamamış 22 ölkə belə sıralanıb: Andorra, Belorus, Boliviya, Burundi, Orta Afrika Cumhuriyeti, Çad, Demokratik Konqo Cumhuriyeti, Qvatemala, Fil Dişi Sahili, Qırğızıstan, Lixtenşteyn, Lüksemburq, Mali, Marşall Adaları, Monako, Monqolustan, Paraqvay, İsveç, Tacikistan, Özbəkistan, Vatikan və Sao Tome adaları.

Əvvəllər Roma tarixiylə bağlı bir kitab yayınlayan Stuart Laycock, yeni kitabına 11 yaşındaki oğlu Frederickin «İngilislər neçə ölkə işğal etdi» sualının ilham qaynağı olduğunu söylədi. İngilis tarixçi Stüart Laycock yazırdı: «Yer üzündəki 192 ölkədən 22-sini işğal etməyə ehtiyac duymadıq».
“Biz ayının dərisini öldürmədən soyarıq” -Türkiyə üçün söylənən bu sözləri İngiltərə Xarici İşlər naziri Jack Straw söyləyib…
.
Yer üzündəki bütün ölkələri «Yaxşı polis, pis polis» oyunu ilə idarə edirlər. Siyasi lider, Dini Lider hazırlayırlar, bir də bunlara müxalifətçilik edəcək Din adamları, Siyasi liderlər ortaya atarlar.
Əslində isə İngiltərəni və Yer üzünü idarə edən ibranilərdir.
Söz, Yazı (qanunlar, Din və dərs kitabları) və bu toplumları yaxşılıq rolu oynamaqla tora salınmış partiyalar idarə edərlər.
Bu yaşam tərzi üçün ov alətləri olaraq, kitablar (roman, hekayə), mediya (film, seriallar, şou proqramlar), futbol oyunu, qarşılıqsız olan 3 sentlik kağız parçası dollar əskinasıları seçilib…
Eşq, Mərhəmət, Vicdan, Allah, Kitab, Cin, Cəhənnəm, Haram, Günah və s. kimi sözlərdən bəhs edən mövzularla ötəri duyğular yaradılır və bununla da kölələrin özlərinə ibadət etmələrini təmin edərlər.
.

Pis qadın İsabella İspaniya, İngiltərə, Amerika və Fransanı ələ keçirib…
İsabellanın uşaqları isə Birinci və ikinci Dünya savaşından sonra
Yer üzünü yaratdıqları 5 müstəmləkə valisi ilə (Birləşmiş Millətlər) yaxşı polis, pis polis maskası arxasında idarə edərlər.
Afrika ölkələri aşkar cədvəllə cızılmış şəkildə, digər bölgələr isə məxfi şəkildə idarə olunur. Bu düzənə etiraz edənlər sərt şəkildə cəzalandırılır. 100 illiyin sonuna doğru mərkəzdənqaçma meyilləri gücləndiyinə görə bir çox ölkələrin cəzalandırılması üçün taktiki gedişlər edildi. Qüllələrin vurulması və «Ərəb baharı», Böyük Orta Şərq layihəsi və s. bu taktikanın tərkib hissələridir. Dolları ümumdünya valyutasına çevirmək üçün iki dünya müharibəsi etmiş ABŞ-ın real «sahibləri» zahirən IV Roma səlibçiliyi, məxfi olaraq isə Sionun uşaqları kimi hərəkət edirlər. Mahiyyətcə xristianlar yarım şərik və müsəlmanlar isə tam əsarətə alınmış durumdadırlar.
Hazırda 2017-ci ilin oktyabr ayında bitmiş 100 illik sazişi və sözləşməni yeniləməkdən imtina edən Rusiya bu birliyin hədəfindədir. İkincisi isə, 1923-cü ili hədəfləyən Türkiyəni yeni sazişə zorlamaq cəhdidir. Üçüncü hədəf, 1925-ci ili gözləyən İrandır. Ərəb birliyi ölkələri isə yenidən boyunduruq altına alınıb. Məqsədli şəkildə vəzifəyə qoyulmuş tiran hakimiyyətlərinin yığdıqları milyardlar ucuz çevrilişlərlə ələ keçirildi. Bu illər ərzində bağlanmış bütün sazişlər ABŞ hegemonluğunu möhkəmləndirmək xarakterli olub. Məsələn qardaş Türkiyə ilə bağlanan 23 fevral 1945-ci il sazişində bir maddə var: «Anlaşmanın II maddəsində deyilir: TC höküməti, saxlamağa borclu olduğu xidmətləri, asan olanları ya da bilgiləri ABŞ-a təslim edəcəkdir». Yaxud, 1954 -ci ildə uluslararası petrol şirkətlərinin adamı Max Bellin hazırladığı və Atatürkün çox önəm verdiyi neft üzərində dövlət nəzarətini qaldıran «Petrol Yasası»(Qanunu) çıxarıldı. Bu yasanın 136-cı maddəsi beləydi. Bu yasa xarici şirkətlərin izni olmadan dəyişdirilə bilməz. Onlarla belə sazişlər ABŞ nəzarətə aldığı ölkələrdə bağlanıb. Yəni ingiliscə desək: «May-May Not, Can-Can Not; Should-Should Not; Must-Must Not».

SSRİ ilə bağlı bəziləri «soyuq müharibə» adlandırdıqları illər heç də düşünüldüyü kimi antoqonist mübarizə ilə bağlı deyildi. İkinci Dünya Savaşından dərhal sonra dollar rəsmən 1946-cı ildən dollar dünya valyutası rolunu aldı. Beləliklə, qədim kimyagərlər daşı qızıla çevirməyi düşündükləri sayaq, amerikalılar “havanı qızıla” çevirməyi bacardılar. Savaş bitmədən, 1944-cü ildə ABŞ-ın Britton-Vud şəhərində 44 ölkənin iştirakıyla keçirilən konfransda ABŞ öz istəklərini ortaya qoydu və qəbul etdirdi. Konvertasiya valyutaları arasında SSRİ iştirak etmədiyinə görə onun valyutası qəbul edilən siyahıya daxil edilmədi.

Ona görə də SSRİ bütün hesablaşmaları qızılla aparmalı oldu. Məhz bu səbəbdən ABŞ-ın 13 min tonluq qızıl ehtiyatı 1945-ci ildə 17.700 tona, 1949-cu ildə isə rekord çəkiyə – 21.800 tonadək artmışdı. Yəni amerikalıların “havadan qızıl istehsalı” ilk məhsulunu vermişdi. Bu rəqəm dünya qızıl ehtiyatının 70 %-i deməkdir. Dollar artıq qızılın ekvivalentinə çevrilmişdi. Məhz bu qızılı «Sovet xalqı» deyilən süni və qondarma bir toplumun dərisindən safarid yəhudisi Stalin kimi əzazil və qaniçən bir diktatorun əliylə çıxarmışdılar. 8800 ton Sovet qızılı ABŞ-a daşınmışdı və bu da Lenin- Rotşild anlaşmasına tam uyğun idi.
ABŞ həqiqətən də dünya ağalığı etmək üçün anqlo-sakson-sionist birliyi tərəfindən təsis edilmiş bir şirkətdir. Hazırda dünya ölkələrini də şirkət halına gətirməyə çalışırlar. Məsələn Türkiyənin prezidenti R. T. Ərdoğan bunu dilə gətirərək demişdi: “Dövlət anonim şirkət kimi idarə edilməlidir”. Eyni dəsti xətti bütün asılılığı qəbul etmiş ölkələrdə görürük. Yəni qeyri dövlətlər ABŞ ana şirkətinin törəmələri kimi fəaliyyət göstərməyə məhkumdurlar. Bu siatemə qarşı perespektivsiz Avropa Birliyi mübarizə aparmaq istəsə də hələlik heç bir uğur qazana bilməyib. Çünki jandarmın hərbi qolu olan NATO tam ABŞ-dan asılı vəziyyətdədir. İngiltərənin AB ilə məsafə saxlaması yalnız bu məsələ ilə bağlıdır…
Tarixə nəzər salaq. 1492-ci il Amerika qitəsinin kəşfindən sonra buraya zaman-zaman avropalıların köçləri təşkil edildi. Barbarlıq nümunəsi olan bu köç yerli xalqların bədbəxtliyi üzərində öz xoşbəxtliklərini arayanlar barədə bir Qırmızı dərili aforizmi yerinə düşür: «Çayda iki balıq dalaşırsa, bu o deməkdir ki, oradan ağ adam, yəni ingilis keçmişdir.»

XVIII əsrin ortalarında, bu koloniyaların sayı 13-ə şatdırıldı və bu on üç koloniya, Amerika Birləşmiş Ştatlarının təməlini qoydu. 4 iyul 1776 -cı ildə rəsmiyyət qazandı.
Amerika qitəsi, insanlar üçün yeni bir həyat bəxş etdi. Daha sonra, bu koloniya sistemi müstəmləkəçilik sisteminə çevrildi. İngilis koloniyaları, Birləşmiş Krallıqda sənayeyə xidmət edirdilər. İngilislər koloniyalardan vergi alırdılar. Bu gün də ciddi bir dəyişiklik baş verdiyini düşünmək sadəlövhlük olardı. Sadəcə 1 dollarlıq əskinasın sahibi sionistlər, 100 dollarlıq əskinasın sahibi isə saksonlardır. Qalan əskinaslarda isə şəriklik var.
Yaxın Şərqdə ABŞ oyunları davam edir. Gicbəsər liderlərin öz xalqlarından taladıqları milyardları ələ keçirməyincə münaqişə ocaqları səngiməyəcək.
Buxovdan xilas olmaq istəyənlər bir daha düşünməlidirlər…

…Azərbaycan bu proseslərin harasında yer alır? Bir başa ABŞ-ın mandatıyla yaradılmış Ararat respublikası (İndiki Ermənistan) bizim Qafqaza basdırılmış bir minadır. Burada bu işi görən Osmanlını təmsil edən Tələt Paşa mason lojasının üzvü olub. Bu günədək Qarabağ bölgəsini işğal etmiş separatçı terroristtlərdən yardımını əsirgəməyən ABŞ, bölgəyə ezam edilmiş terroristlərin yetişdirildiyi Vekaa (bəzi mənbələdə Bekaa) vadisini də tam nəzarətdə saxlayır. Bu gün haqqında çox danışılan fələstinli terrorçular da burada ASALA və PKK ilə saziş bağlayaraq birgə konsepsiyaya uyğun fəaliyyət göstərirlər. Qarabağda gəbərdilən onlarla terrorist, xüsusən də hamınızın tanıdığı gey Monte Melkonyan və Abdullah Öcalan da bu vadidə yetişdirilib. Bu gün eyni mərkəzdə təlim görmüş fələstinli anti İsrail, PKK isə İsrailin əlaltısıdır. Maraqlıdır. Gələcəkdə bu barədə bir araşdırma yazısı təqdim edəcəyik. Artıq neçə illərdir ki, erməni terror şəbəkəsi ABŞ MKİ -nin ciddi maraq dairəsindədir. Sadəcə bu şəbəkənin insanlıqdan kənar əməlləri MKİ -ni məsafə saxlamağa vadar edir. Raportda bildirilir ki, erməni terrorizmi rusofobiyanı gücləndirmək üçün milyonlarca erməni əhalisini kimyəvi zəhərləmə yoluyla məhjv etməyə qadirdilər. Biz bunu türkofobiya üçün Sumqayıt hadisələrini törətməklərində gördük. Azərbaycan əslində ABŞ oyunlarını dəstəkləməklə məşğuldur. Alternativlərimiz yoxdur. Amma bu alternativi aramaq zamanıdır…

Hazırda ABŞ, mövcud Yaxın Şərqdə «B» planına start verib. Təxminlərə görə bu plana uyğun olaraq bir çox xalqlar öz yaşadıqları ərazilərdən qovulacaqlar. Birinci plana bunlar daxil idi və hazırda nələri əldə etmək düşünülür:
1. Qəzza sektorunda yaşayanlar Misirə qovulacaqlar. İlk öncə Hüsnü Mübarək bu plana qarşı çıxdı və hakimiyyətdən devrildi. Uydurma «Ərəb baharı» adıyla planı razılaşan Müsəlman Qardaşlar Təşkilatı lideri Muhemmed Mursi hakimiyyətə gətirildi. İsrail bombardmanlara başlasa da Mursi bunun vətənə xəyanət olduğunu anlayaraq anlaşmanı pozdu və hakimiyyətdən endirildi. Əhalinin 44 % köçməyə məcbur olsa da plan baş tutmadı. Bu dəfə Qüds əvəzinə Qəzza təklifi qoyulacaq.
2. İraqda etnik təmizliyi həyata keçirmək vəzifəsi sünnü kəsimə verilmişdi. İslam əmirliyi adı altında aparılacaq bu əməliyyatlar 2003-cü il Omanda Paul Bremerlə hakimiyyətdən devrildikdən sonra gizlənən BAAS-çı zabitlərlə müzakirə edildi. Xristianlar və yezidilər qovulurkən azsaylı xalq olan sebekler yox edildilər. Yezidiləri isə bu yox olmadan Türkiyə, Suriyadakı PYD və PKK xilas etdilər. İŞİD də bu əmri yerinə yetirmək üçün təlimatlandırılmışdı və İaraqın 40% ərazisinə nəzarət Bərzniyə həvalə edilmişdi. Bərzaninin kürd yezidilərin məhvinə yönəlmiş susqunluğu bu planla bağlı idi. İndiki plana görə kürd-ərəb və sünnü-şiə münaqişəsi planlaşdırılır. Buna yetərincə düşmənçilik dolu zəminlər var.
3. Şimal-şərqi Suriyada quldur bir dövlət qurulmalıydı. Qəzzəyə hücumlar zamanı Türkiyə Fərat çayının sularını normadan aşağı salırdı. Bu da bölgənin taxıl anbarı sayılan şimali Suriyanın torpaqlarını boş çöllərə çevrilməsinə səbəb olurdu. Türkiyənin yanlış və məzhəbçi anti Suriya durumu mənfur plana tam uyğun idi. ABŞ bu ölkəyə girmək üçün kimyəvi silahdan istifadə iftirasını dövrəyə atmışdı. Thierry Meyssan adlı bir araşdırmaçı yazır: «NATO bu əsnada Çin vətəndaşlığı olan, Türkcə danışan, müsəlman Uyğur ailələri Şimali şərqi Suriyaya daşıdı. Bu ailə bəzilərinin daha sonra Çinə qarşı istifadə etmək üçün yetişdirilməsi görünməkdədir. Hüsame bin Ladin savaşçılarının kommunist Afqan rəhbərliyinə qarşı səfərbər edilməsi və daha sonra, bölgədə Şanxay Təşkilatının qurulmasına ehtiyaç duyulmasına qədər, Çeçenistanda Rusyaya qarşı, Sincanda Çinə qarşı olduğu kimi. Siyasət araşdırmaçısı Alfred Jalife-Rahme, “İslam Əmirliyi” Şərqi Aralıq dənizində yaradıldı və qısa müddətdən sonra «Genişlədilmiş Ortadoğu Projesi»ndə bölgəni qarışdırmaq üçün istifadə olunacaq».

Bəziləri bu imperiyanın qanlı planlarını pozmaqda Rusiyanın rolunu şişirdirlər. Xatırladım ki, nə kürd terrorçu dəstələri, nə də «İslam Əmirliyi» əleyhinə Rusiya bir kəlmə də işlətməyib. Rusiya tarixən belə sazişlərdə ən ayağı sürüşkən partnyordur. Bunu unutmaq olmaz. İslam birliyi isə mümkünsüz olmasını sizlərə anlatdıq. Çünki imperializm dini rəhbərləri öz əməkdaşları kimi yetişdirərək təyin edib. Bu xaosun qarşısına yalnız milli iradəyə sahib rəhbərliklər çıxa bilərdi. Əfsuslar olsun ki, bu sahəyə də əksəriyyəti kosmopolit olan rəhbərlər təyin olunub.
İmperializm Hind-Çini də unutmayıb. Çünki birlik qoxusu gələn hər şey onun planlarının əleyhinədir. İranın Şanxay Təşkilatına qatılması, Hindistanın gözləmə mövqeyində qalmasına səbəb olacaq. Yəni bölgədə iki qütblülüyü bərpa etmək bu yolla mümkün ola bilər. “Əl-Qaide”-nin Hind qitəsində qutsal savaş vermək üçün yaradılması 3 sentyabr günü Ayman El-Zavahiri tərəfındən elan edilmiş və daha sonralar istifadə edilmək üçün öz vaxtını gözləməkdədir…
…Niyə bəs, Suriyadan əl çəkmirlər? Şimali Suriya torpaqları El-Qaidə təşkilatının quldurluqla məşğul olması üçün dövlət qurulması üçün ideal bir bölgədir.

Bölgə əhalisi köçə meyillidir. NATO gücləri, yıxmağı yoxladığı Tunis, Misir və Suriyanın digər bölgələrində bu miqyasda dağıntıya nail olmadı. Vaşinqton rəhbərliyi bəzi qəbilə şeflərini satın alaraq, səfərbər edilən “İslam Əmirliyi” arzusuyla, yaşayan xalqın iradəsi hansı yöndə olursa olsun, bölgəni kontrol altına almağa çalışır. Bu gün PKK-PJD kimi terroristlərlə işbirliyinə gedəcək dərəcədə düşmüş imperializmin kartları günbəgün açlır. ABŞ açıq kartla oynamağa çalışır. İndiki plana görə ABŞ yetişdirib bunkler tikdiyi terrorçuların hesabına yenidən bölgəyə soxulmaq istəyir. Bu bölgədən bir başa Aralıq dənizinə çıxış olması gələcək imperiya planlarının həyata keçirilməsində vacib məsələdir. Bəşər Əsəd bu iyrənc plana qarşı dirənmək üçün bütün variantlardan istifadə edib. Bölgə dövlətləri Suriyanın qanuni hökumətini dəstəkləməlidirlər…
İmperializmin kabusu dünya üzərində fırlanmaqdadır və Qarabağı xarabazara çevirən imperiya ambisiyaları önünə bizlər nə ilə çıxırıq? Bunu heç düşünməsəniz yaxşıdır!!!
Düşünürük ki, bu yazını oxuyub dərk edənlər Qarabağ probleminin mahiyyətini də anlayacaqlar.
Fedai.az Araşdırma Qrupu
