Qardaş ölkəyə hərb yönəmli təşkilatlardan dəstək mesajı…

Prezident Yanında QHT lərə dəfsək fondunun üzvü Emin Həsənlinin təşkilatçılığı ilə Türkiyənin Azərbaycandakı böyük elçisi Erkan Özoralla görüş keçirildi.

Görüşdə AVMVİB sədri Füzuli Rzaquliyev, General Yaşar Aydəmirov, Milli Qəhrəman Vahid Quliyev, AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, Qarabağ Qazilər Birliyinin sədri Asəf Əliyev, Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu və Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, idarə heyəti və üzvləri iştirak edirdilər.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşdə Türkiyə- Azərbaycan qardaşlığından, Türkiyə ordusunun İdlibdə başlatdığı «Bahar Pınarı» əməliyyatının Azərbaycan köhnə döyüşçülərinin dəstəklədiyi vurğulandı.

Çıxış edən təşkilat rəhbərləri hər zaman, həm Qarabağ uğrunda, həm də Türkiyə sərhədlərinin təhlükəsizliyi uğrunda gedən döyüşlərdə iştirak etməyə hazır olduğunu bildirdilər.

Görüşün sonunda xatirə şəkilləri çəkildi.

Azad Musayev
AVMVİB Zəngilan rayon şöbəsinin sədri

На изображении может находиться: 8 человек, люди стоят и костюм
На изображении может находиться: один или несколько человек, небо и на улице
На изображении может находиться: 7 человек, люди стоят и на улице


Bu xəbəri paylaşın: