1-Cİ QARABAĞ SAVAŞI, YOXSA VƏTƏN MÜHARİBƏSİ?

Allahverdi Gündoğan

Şəhid atası, yazıçı, jurnalist

MÜQAYİSƏ APARMAQ NƏ DƏRƏCƏDƏ DOĞRUDUR?

Dəyərli arxadaşlar, bildiyiniz kimi son bir ildə, əsasən də son üç ayda demək olar ki,tam başımızı itirmişik. Bir yandan bəşəriyyətin başı üzərini almış pandemiya hoqqabazlığı, digər yandan illərdən bəri sinədağımıza çevrilmiş ağılagəlməz silsilə Qarabağ Zəfərləri bizi sevinclə- kədərin fırtınasına atıb…

İnsanlarımızda dəhşətli xof yaradan, bizi bir-birimizdən uzaq salan bu bəşəri bəla hələ də tüğyan etməkdədir. Bir ilə yaxındır demək olar ki, xeyirdən-şərdən olmuşuq. İş o yerə çatıb ki, dünyasını dəyişən əzizlərimizin dəfn mərasimlərindən belə qaçırıq, bir-birimizlə əl tutub görüşməyi özümüzə qadağan etmişik…

Digər gündəmi zəbt eləyən əsas məsələ isə illərdən bəri sinədağımıza — sərsəri röyalarımızın yol yoldaşına çevrilən Qarabağ olaylarıdır. Mən şəxsən öz payıma deyirəm, rus donuzlarının Qarabağa burunlarını soxmasından, hay faşistlərinin regionun müəyyən hissəsində qalmasından asılı olmayaraq, bunu böyük Zəfər, möhtəşəm Qələbə adlandırıram. Əminəm ki, çox keçməyəcək həmin rus donuzları dünyaya gətirdikləri hay çoşqalarını da dişlərinə alıb,regionu əbədi tərk edəcəklər. Buna isə bir tərəfdən Rusiyanın mövcud durumu, ikincisi, hay donuzlarının heç vaxt mövqelərindən geri çəkilməməsi və ən vacibi də Türkiyə amili əsas verir. İndi də gələk mətləb üstə.

Sosial şəbəkələr demək olar ki, mənhus pandemiya bəlasından da betər insanların psixoloji durumuna zərbə vurmaqdadırlar. Hər kəs bu hüdudsuz şəbəkədə ağlına gələni də yazır, ağzına gələni də…

Üç gün əvvəl ağzıgöyçəyin biri şərəfsizcəsinə yazır ki, 1-ci Qarabağ müharibəsində əsgərlərimizin kəramətsizliyi ucbatından Qarabağı ermənilərə təslim etdik. Amma indi döyüşkən əsgərgərlərimizin hesabına az da olsa, uğur əldə etmişik. İfadəyə bax ha, az da olsa? Qeyd edim ki,belə iyrənci ifadəni döyüşlərin lap əvvəllərində Suqovuşanda mahiyyəti,mənəviyyatı, xisləti, işvermə qabliyyəti millətə yaxşı bəlli olan, vaxtilə Cəlal Əliyevin əbədi möhürlədiyi Mirşahin Ağayev işlətmişdi. O,əsgərlərlə müsahibəsində dedi ki, 90-cı illərin ordusu məğlub ordu idi, sizsə qalib ordusunuz… İndi görün Mirşahin kimilərinin varisləri, davamçıları ölkəmizdə nə qədər çoxalıb?!

Mənim üçün çətin olsa da, üzümü bu uca tribunadan tutub, həmin ağzıgöyçəklərə demək istəyirəm: «Qarabağ savaşlarına 1988-ci ildən start verilsə də, 1991-ə qədər ordumuz yox idi. Torpaqlarımızı milis işçiləri, XTMD (OMON) və bir də yerli özünümüdafiə dəstələri qoruyurdu. Elə ki, Ordumuz yaradıldı, tərkibinə Rusiyadan gələn xeyli hərbçi zabitlər və əsasən də «göndərilmişlər» qatıldı ki, onlar da öz missiyalarını kifayət qədər bu günədək yerinə yetirmiş oldular. Torpaqlarımız işğal ediləndən sonra həmin göndərilmişlər qırmızı kantlı şalvarlarla ödülləndirildilər. Digər tərəfdən,ölkədə başıpozuqluq, anarxiya baş alıb gedirdi. Hər şərəfsiz özünə silahlı dəstə düzəltmişdi. Hakimiyyət, kreslo üçün alışıb -yananlardan ötəri Qarabağ arxa planda idi. Onlar Valeh Bərşadlı kimi peşəkar bir generala sahib çıxmadılar. Surət Hüseynov kimi bir satqın, Vətən xaini kim idi ki, 5-10 zirehli texnika ilə Vətən paytaxtının üzərinə şığıyırdı?

Bütün bunlara baxmayaraq, həmin qanlı savaşlarda Aslan kimi döyüşən cəngavərlərimiz vardı. Ya gərək kar-kor, yaxud da Vətən xaini olasan ki, Şirin Mirzəyevi, Əlyar Əliyevi, Vəzir Orucovu, Aqil Quliyevi, Freyd Asifi, Allahverdi Bağırovu, Albert Aqarunovu, Əlif Hacıyevi və digər yüzlərlə cəngavərlərimizi görməzdən gələsən…

Bir qədər Allahınız olsun, heç olmasa qanları ilə Vətən torpaqlarını suvarmış Şəhidlərimizin və Qazilərimizin axan qanlarından çəkinin. Unutmayın ki, bu günkü Zəfərləri əldə edən Aslanlarımız, məhz həmin məktəbin müdavimləri olub. Əgər o ənənə olmasaydı, bu günkü uğurlara biz imza ata bilməzdik. Həm də o vaxtlar biz regionda tam tənha qalmışdıq. Bədheybət və mənfur rus hərb maşını ilə təkbətək vuruşmaq o qədər də asan deyildi. Amma bu gün şanlı Ordumuz və arxamız var. Onu da unutmayın ki,şair demiş ,əzəl-axır dünya Türkün olacaq. Əsgər həmişə əsgər olub!

Haşiyə: Bir gün Napaleon əsgərlərinə sual edir ki,şir sürüsü ilə qoyun sürüsü savaşsa, hansı qalib gələr? Təbii ki, cavab birmənalı olur. Şir sürüsü! Bəs qoyun sürüsünə şiri, şir sürüsünə qoyunu sərkərdə qoysan, onda kim qalib olar? Əlbəttə ki, sərkərdəsi şir olan! Odur ki, bu gün müqəddəs torpaqlarımızın keşiyində, məhz Aslanlarımız dayanır! Onlara gələn bütün qada-bəlalar bizə gəlsin! Uca Şəhidlərimizin qarşısında ehtiramla baş əyirəm!

Və sonda onu da qeyd edim ki, 1-ci, yaxud da 2- ci Qarabağ müharibəsi adlı bir şey yoxdur VƏTƏN MÜHARİBƏSİ vardır!

P.S. Özündən müştəbehlərə, ara vuranlara, nökərlərə bir xatırlamam da qaldı: «Xəbəriniz varmı, Vətən müharibəsində sizin bəyənmədiyiniz, qaralamağa çalışdığınız ilk savaş Qazi və veteranlarımızdan yaş həddinə baxmayaraq neçə nəfər son döyüşlərə yollanıb və onların neçəsi Şəhidlik Zirvəsini fəth edib?

Bu xəbəri paylaşın: