Ermənistan Baş naziri Nikol Paşinyan deyib: «Bizim ordudakı situasiya barədə mənə məlumat veriləndə ilk emosional reaksiyam kabineti tərk etmək arzusu oldu, çünki vəziyyət fəlakətli idi.»
“Bunun barəsində indi danışmaq yaxşı deyil, amma nümunələr gətirəcəyəm. Serj Sərkisyan özü də bu nümunəni gətirir və deyirdi ki, oğlanlarımız 80-ci illərin silahlarıyla savaşırdılar. Əgər siz Qarabağın qoruyucuları idinizsə, niyə ordumuz 80-ci illərin silahlarıyla döyüşürdü? Əgər siz Qarabağın qoruyucuları idinizsə, niyə 2018-ci ilin vəziyyətinə əsasən, Qarabağ və Ermənistanın dağılmış hava hücumundan müdafiə sistemi vardı? Belə dağılmış sistemlə Qarabağı saxlayırdınız? Ayılar və itlər üçün nəzərdə tutulan qida ilə əsgərlərimizi təchiz edirdiniz ki, onlar Qarabağı qorusunlar? Serj Sərkisyan əsgər üçün nəzərdə tutulan yeməyi nə vaxtsa yeyibmi? 2018-ci ilin mayında cəbhəyə gedəndə mənə əsgər yeməyi verdilər, bir saat yarım sonra qıcıqlanmadan nə edəcəyimi bilmirdim”, – deyə Paşinyan Sərkisyan, Robert Köçəryan, Qagik Xaçatryan, Qagik Bəyləryan, Aram Arutyunyan və digərlərindən oğurlanmış pulları qaytarmasını tələb edib.