Ermənistanın Baş naziri Nikol Paşinyan və arvadı koronavirusa yoluxma şübhəsi ilə əlaqədar karantindədirlər.
Bu barədə Ermənistanın selfi sevər Baş naziri Nikol Paşinyan «Facebook»da canlı yayımda bildirib.
O deyib ki, sabah müayinədən keçəcək. Baş Nazirin Sevandakı iqamətgahında olduğu bildirilib. Karantinin səbəbi isə arvadının ötən həftə Braziliya Prezidentinin xanımı ilə görüşməsi olub.
Qeyd edək ki, bu gün Braziliya mətbuatı Prezident Jair Bolsonarunun koronavirusa yoluxması barədə məlumat yayıb. İddialara görə o karantin altına alınıb. Dövlət başçısının hansı şəraitdə virusa yoluxduğu məlum deyil. Hələki rəsmi məqamlar məsələ barədə açıqlama verməyib.
Braziliya prezidenti Annanı, Anna da bütün Qafqazı koronavirusa yoluxdurmasa yaxşıdır…
