Təltif siyahıları araşdırılmalıdır!

Facebookda maraqlı bir paylaşımı ixtisarla sizlərə təqdim edirik:

TƏBİB və onun rəhbəri xalqı aldatmaqla məşğuldur. Bunu bütün əhali bilir. Aptekdən borca dərman alanı, xəstəxanadansa evdə müalicəyə üstünlük verəni necə inandırmaq olar ki, icbari tibbi sığortanın tətbiq edildiyi yerlərdə pulsuz tibb xidməti var. Pul yuyan maşınlara çevrilmiş kənd xəstəxanalarının və tibb məntəqələrinin dərman preparatları və ərzaq aldığını eşidən olubmu?

Ramin Bayramlı ölkədə nüfuzunu və etimadını itirmiş TƏBİB-in başından çıxıb getməlidir!!!

Əziz izləyicilərim! Bu günlərdə müdafiə naziri Zakir Həsənov Ramin müəllimə bir medal da verdi. Səbəb kimi də hərbi sahədəki əməkdaşlıq göstərilib.

Sosial şəbəkələrdə Vətən müharibəsinin bəzi yaralı qaziləri və onların valideynləri nalə çəkirlər ki, müalicə oluna bilmirlər. Ramin müəllimin tabeliyindəki xəstəxanadan adi sarğı bezi ala bilməyən yaralı da var. Bu da Ramin-Zakir əməkdaşlığı!

Medaldan danışmışkən, Zakir Həsənova bir müraciətim də var. Azərbaycan Respublikasının Prezidenti Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizi və qazilərimizi orden və medallarla təltif etdi. Yəqin ki, bu proses davam edəcək. Mən bir yaralı qazi tanıyıram. Vətən müharibəsində qəhrəmancasına döyüşərək ağır yaralanıb və bir ayağını topuqdan amputasiya ediblər. Hesab edirdim ki, ayağının altında murdar erməni əskisi(düşmən bayrağını nəzərdə tuturam) ilə şəkli yayılan xaçmazlı igid döyüşçü, Köhnə Xudat kənd sakini Asim Məmmədbəyov da təltif ediləcək. Lakin heç yerdə adına rast gəlmədim!

Və heç nə başa düşmədim! Necə olur ki, rahat kabinetdə əyləşib səhiyyəni bərbad günə qoyana medal verilir, bir ayağı şikəst olmuş igid əsgərimiz isə yada düşmür!!!

Hörmətli izləyicilərim! Aşağıdakı fotolara diqqətlə baxın!

Sizcə kim təltif edilməyə layiqdir?!

Müqəddəs Mehdiyev

P.S. Haqlı və yerində yazılmış bir ziyalı mövqeyinə görə müəllifə minnətdarlığımızı bildiririk…

Bu xəbəri paylaşın: