Tarif Şurası qiyməti qaldırar qaldırmaz mediaya belə bir informasiya püskürtdülər:
Hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün:
-Rusiyada 1,0 manat;
-Ukraynada 1,72 manat;
-Belarusda 1,14 manat;
-Gürcüstanda 1,12 manat təşkil edir.
1 litr üçün dizel yanacağının qiyməti;
-Türkiyədə 1,44 manat;
-Rusiyada 1,12 manat;
-Ukraynada 1,72 manat;
-Belarusda 1,21 manat;
-Ermənistanda 1,19 manat;
-Gürcüstanda 1,15 manat səviyyəsindədir;
-Gürcüstanda benzinin Azərbaycanla müqayisədə baha olması qonşu ölkəyə qanunsuz daşımalara səbəb olur (?!!).
Barı bu adamlar pandemiya dövründə ölkələr arası gediş-gəlişin olmadığını bilirlərmi? Həm də görün bu insanlar xalqımızın olar-olmaz sərvəti üzərində necə də əsirlər?
Tarif Şurasının menyüsünə Beynəlxalq Əmək Təşkilatının açıqladığı məlumata istinadən çatdırırıq ki, 2016-cı ildə (Azərbaycan dilli seqmentlərdə ən son məlumat 2016-cı ili əks etdirir) Lüksemburqda orta aylıq əmək haqqı bir çox ölkələrdə ən yüksək göstəricilər bu cür olub:
Lüksemburq — 3722 dollar
Norveç — 3654 dollar
ABŞ — 3253 dollar
Avstriya — 3122 dollar
Cənubi Koreya — 2852 dollar
Beynəlxalq Əmək Təşkilatının açıqladığı məlumatda həmçinin göstərilir ki, dünyada ən aşağı orta aylıq əmək haqqı Suriyada olub:.
Suriya — 112 dollar
Tacikistan — 138 dollar
Pakistanda — 230 dollar
Qırğızıstanda — 235 dollar
Hindistanda — 244 dollar
Həmin il Beynəlxalq Əmək Təşkilatının dünyanın 71 ölkəsini əhatə edən hesabatında Azərbaycan orta aylıq əmək haqqının məbləğinə görə 63-cü sırada qərarlaşıb.
Azərbaycanda — 303 dollar
MDB və region ölkələri arasında Azərbaycandan daha aşağı mövqedə yalnız 3 ölkə olub:
Moldova — 280 dollar
Qırğızıstan — 235 dollar
Tacikistanda — 138 dollar
Qonşu ölkələrdə:
Ermənistan — 404 dollar
Gürcüstan — 430 dollar
Qazaxıstan — 339 dollar
Belarus — 400 dollar
Rusiya — 570 dollar olub.
2019 — ci il üçün isə ilk 5-likdə vəziyyət dəyişib:
- İsveçrə — 6244 dollar
- Danimarka — 6192 dollar
- Lüksemburq — 5854 dollar
- Norveç — 5450 dollar
- İslandiya — 5436 dollar
Ermənistan — 378 dollar
Gürcüstan — 458 dollar
Azərbaycan — 346 dollar
Qazaxıstan — 486 dollar
Belarus — 545 dollar
Rusiya — 788 dollar
Ukrayna — 460 dollar olub.
Ən son statistika ilə «qara qızıldan» qiymətli vaxtınızı almaq istəmirik. Bircə onu bilin ki, heç bir ölkənin «socar»-ının rəhbərinin oğlunun 2 milyon dollarlıq saatı yoxdur. Bu inkişaf yalnız bizə məxsusdur.
Bizim Tarif Şurası üzvləri bu cədvəlin qarşısında heç dayanıblarmı?
Oxucuların maraqlandığını nəzərə alıb Tarif Şurasının üzvlərinin siyahısını dərc edirik:
Şuranın sədri:
Azərbaycan Respublikasının iqtisadiyyat naziri — Mikayıl Cabbarov
Şuranın üzvləri
Azərbaycan Respublikası maliyyə nazirinin müavini — Azər Bayramov
Azərbaycan Respublikası vergilər nazirinin müavini — Sahir Məmmədxanov
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini — Toğrul Musayev
Azərbaycan Respublikası energetika nazirinin müavini — Gülməmməd Cavadov
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini — Əli Abdullayev
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini — İlham Quliyev
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini — Elsevər Ağayev
Azərbaycan Respublikası təhsil nazirinin müavini — Firudin Qurbanov
Аzərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini — Anar Əliyev
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədr müavini — İsmayil Hüseynov
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini — Dövlətxan Dövlətxanov
Xeyirli olsun! Yoxsa benzini daha baha olan ABŞ-A daşıyacaqdı, bizim görməmişlər. Hələ Türkiyə ilə Gürcüstanı demirəm. Adama bir kanistir götürüb benzinimizi daşınmaqdan xilas edən Tarif Şurasının üzvləri mükafatlandırılmalıdır. Özü də bu ermənini iti qovan kimi qovandan bəri bu xalq çox qazlanıb. Gürcüstana 7 qəpiyə, Türkiyəyə 5 qəpiyə, erməni kilsəsinə pulsuz satdığımız 11-20 qəpik limitli və limitsiz qazı da SOKAR qaldırmalıdı. Yoxsa qazı bu mullət Avropaya daşıyacaq.
P.S. Biz Fedai.az olaraq Aprel döyüşlərindən sonra baş verən prosesləri sizlərə xatırlatmışdıq…
Fedai.az Araşdırma Qrupu
