“İlham Əliyev Qarabağın Azərbaycanın tərkibindən kənarda statusunun olması məsələsini hələ 2011-ci ildə gündəmdən çıxarmışdı”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin baş verməsi səbəbləri haqqında qələmə aldığı məqaləsində yazıb.
Münaqişənin tarixinə ekskurs edən Paşinyan müharibənin qaçılmaz olduğunu yazır.
Və bu, iki məqamı önə çıxarır:
1. Azərbaycan Prezidenti işğal altındakı torpaqların tam azad edilməsi prosesinə illər öncə hazırlaşıb və 7 rayonun qaytarılmasından məhz buna görə imtina edib;
2. Bakı Qarabağın statusu məsələsindən hələ 2011-ci ildə imtina edib və Vətən müharibəsindən sonra üç bölgədə — Xankəndi, Xocavənd və Xocalıda ermənilərə hər-hansı idarəçilik, hətta mədəni muxtariyyət belə verilməyəcək. Oradakı ermənilərə yalnız bir təklif verilir: Azərbaycan vətəndaşlığı;
