Tramp tərəfdarları Konqrensə hücum etdilər — VİDEO

ABŞ-da Tramp tərəfdarları seçkinin nəticələribnə etiraz mitinqi keçirirlər. Konqres üzvləri Co Baydenin prezidentliyini təsdiqləmək üçün yığışmışdı.

Tramp tərəfdarlarının bir hissəsi artıq Konqres binasına Kapitoli zalı tərəfdən daxil olublar. Konqres işini təcili dayandırmalı olub. Konqresmenlər təxliyə olunur. Polislər etirazşıların qarşısını ala bilməyib.

Bundan başqa Vaşinqtonda saat 6-dan sonra küçəyə çıxmaq qadağası tətbiq olunub. Trampın məsələ ilə bağlı hez vaxt təslim olmayacaqlarını və demokratların pandemiyadan istifadə edərək qalib gəldiklərini bildirib. Pentaqona da müraciət etdiyi bildirilir.

Həmçinin, Donald Tramp Vaşinqtondakı etirazların yatırılması üçün ABŞ Milli Qvardiyasının hərbi qulluqçularını hadisə yerinə göndərilməsi barədə əmr verib.

Bu barədə D.Trampın mətbuat katibi Keyli Makineni öz “Twitter” səhifəsində məlumat yayıb.

K. Makineni etirazları yatırmaq üçün digər federal hüquq-mühafizə orqanlarının əməkdaşlarının da hadisə yerinə göndəriləcəyini bildirib.

Bu xəbəri paylaşın: