Mingəçevir şəhər rəhbərliyi müharibə iştirakçılarına diqqət və qayğını artırıb

AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənovun verdiyi məlumata görə, Mingəçevir şəhərində ölkə prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, müharibə iştirakçılarına və şəhid ailələrinə diqqət artırılıb.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, elə ilin ilk günlərində müharibə ilə bağlı ictimai təşkilat rəhbərlərini qəbul edib. Öncə cəmiyyət sədrlərini salamlayaraq onların qarşıdan gələn yeni təqvim ili münasibəti ilə təbrik edib və eyni zamanda   onların timsalında cəmiyyət üzvülərinə bayram təbriklərini çatdırılmasını bildirib.

Aldığımız məlumata görə görüşdə çıxış edən Natiq Həsənov, Şəhid Ailələri cəmiyyətinin sədri İranə Həsənova çıxış edərək,  ölkəmizdə Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışıblar. Bildiriblər ki, ki, ölkə rəhbərliyi, eləcə də şəhərimizin icra başçısı İlham İsmayılov Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə həmişə diqqət və qayğı ilə yanaşıb, onların problemlərinin həllinə çalışırlar. Veteranlar, buna görə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı İlham İsmayılova öz minnətdarlıqlarını bildirərək, mütamadi olaraq onların qayğısına qaldığını, problemləriylə yaxından maraqlandığını qeyd ediblər.

AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov qeyd etdi ki, Mingəçevir şəhər  İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  özü də müharibə veteranıdır və Birinci Qarabağ müharibəsində tabur komandiri kimi iştirak edib. Bu günlərdə İcra Hakimiyyətinin Başçısı Vətən Müharibəsi qazilərinin evlərinə gedərək ziyarət edib. Döyüşdə yaralanan qazilərlə  səmimi söhbət edib.Yaralı qazilər  öz şərəfli döyüş yolundan danışıblar. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı Zəfər münasibəti ilə, qazilərimizi  təbrik edən İcra Başçısı qazilərin  və onların ailələrinin problemləri ilə maraqlanıb.

Mingəçevirdə qazilərimizə münasibət ürək açandır. Bizlər də bu istiqamətdə görülən işlərə öz dəstəyimizi verməyə daim hazırıq.

Elnur Səlim

Bu xəbəri paylaşın: