Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsinin sədri Timuraz Mənsurovun verdiyi məlumata görə, AVMVİB üzvü, müharibə veteranı, Fövqaladə Hallar nazirliyi Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, polkovnik Rafiq Ağayev AVMVİB-nin Fəxri Fərmanıyla təltif olunub.
Qarabağ döyüşlərinin iştirakçısı olmuş Rafiq Ağayev, 44 günlük Vətən müharibəsi dövründə ön cəbhədə döyüşən əsgər və zabitlərimizə zəruri tələbat mallarının alınmasında göstərdiyi vətənpərvərlik və orduya dəstəyə görə Fəxri Fərmanla təltif olunub. Mərasimdə AVMVİB Sumqayıt şəhər şöbəsinin sədri Timuraz Mənsurovla yanaşı AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi və Sumqayıt şəhər şöbəsi sədrinin müavini Zəkəriyyə Rəhimov, AVMVİB Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov da iştirak ediblər.
T. Mansurov bildirdi ki, müharibə veteranı olan Rafiq Ağayev Ali Baş Komandan cənab İlham Əliyevin göstəriş və tapşırıqlaına uyğun olaraq daim ordumuzun və müharibə iştirakçılarının yanında olmağa çalışır. Təbrik edir və gələcək fəaliyyətində uğurlar arzu edirik!
Xatırladaq ki, AVMVİB Sumqayıt şəhər şöbəsi dəfələrlə Qarabağda ön cəbhədə döyüşən əsgərlərimizin yanında olub, onlara vacib olan maddi və mənəvi dəstəklərini göstəriblər.
Bu gün də qazilərimiz və şəhid ailələri ilə bağlı bu xeyirxah işlər davam etdirilməkdədir. 6nəfər şəhid ailəsinə yardım edilib. AVMVİB Sumqayıt şəhər şöbəsinin sədri Timuraz Mənsurov bildirdi ki, şöbəmiz bundan sonra da bu işləri davam etdirmək niyyətindədir. Əgər «Şəhidlər ölməz, Vətən bölünməz!» — deyiriksə, şəhidlərimizin bizlərə əmanət etdikləri ailələrini unutmamalıyıq.
Nurlan Məmmədli









