Ağstafalı veteranlar daha 3 Şəhid bulağının tikintisinə başlayıblar

AVMVİB Ağstafa rayon şöbəsi sədrinin müavini Ədalət Şükürovun verdiyi məlumata görə, rayon veteranlarından Qırılı kənd dayaq dəstəsinin rəhbəri, ehtiyyatda olan baş leytenant Şükür Tağıyevin təşəbbüsü ilə kənddə daha 3 Şəhid bulağının tikintisinə başlanılıb.

Xatırladaq ki, bir neçə gün öncə Vətən müharibəsində şəhid olmuş 5 nəfər kənd şəhidlərinin əziz xatirəsinə həsr edilmiş Xatirə kompleksinin açılışını etmişdilər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Məkanları cənnət olsun!

Elnur Səlim

Bu xəbəri paylaşın: