AVMVİB Zəngilan rayon şöbəsi Binə qəsəbəsində açılışda iştirak edib

AVMVİB Zəngilan rayon şöbəsi Binə qəsəbəsində Vətən Müharibəsi Şəhidləri İman və Bəhram Məmmədzadə qardaşlarının xatirəsinə tikilmiş bulağın açılış mərasimində iştirak ediblər.

Şəhidimiz 1998 təvəllüdlü İman 01.11.2020-ci il, Şəhidimiz 2000-ci il təvəllüdlü Bəhmən isə 02.11.2020-ci ildə Şəhidlik məqamına yüksəlib.

Tədbirdə Şəhidlərimizin atası, qohumları, qəsəbə sakinlıri, döyüş yoldaşları iştirak edirdi. Tədbirdə ilk söz Xalq artisti Nurəddin Muradxanlıya verildi. Sonra söz AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayevə verildi.

Qazi Hüseynov Səbuhi, şəhidlırimizin döyüş yoldaşları, komandiri şəhidlərimizin keçdikləri döyüş yolu barədə öz təsuratlarını tədbir iştirakçıları ilə bölüşdü. Sonda söz şəhidlərimizin atası Elman bəyə verildi. Şəhid atası 2 oğlunu bu Vətən üçün şəhid verdiyi üçün qürür duyduğunu, lazım gələr sə özü də vətən üçün şəhid olmağa hazır olduğunu bildirdi. Bulağın açılışını edən Elman bəy bulağın yanında Azərbaycan Bayrağını qaldırdı.

Şəhidlərimizin məzarlarını ziyarət edib məzarları üstünə tər qərənfillər və əklillər qoyuldu. Şəhidlərimizin evində şəhidlərimizin ruhuna verilən ehsan süfrəsinə dəvət olunduq. Şəhidlərimizin anasının əlini öpüb baş sağlığı verdik.

Allah Şəhidlərimizə rəhmət eləsin!

P.S. Şəhidlərimizin xatirəsinə tikilən bulağl adının heç yerdə çəkilməsini istəməyən bir dostumuz tikib. Həmən dostumuz tədburdə iştirak etsə də şəhid anası bulağın kim tərəfindən tikildiyini soruşdu. Dostumuzu tanış elədim, görüşdülər anamız öz minnətdarlığını bildirdi. Allah belə Vətən sevər qardaşlara can sağlığı versin ki, döyüş başlayandan hər zaman ordumuza dəstək oldu və indi də şəhid ailələrinə dəstək olmaqla öz vətənpərvırlik missiyasını davam edir.

Azad Musayev

AVMVİB Zəngilan rayon şöbəsinin sədri

Bu xəbəri paylaşın: