Ermənilər ölkədə 10 yaşından 17 yaşınadər uşaq və yeniyetmələrdən ibarət könüllülər dəstəsi yaradaraq onlara diaspora hesabına hərbi təlimlər keçmək qərarına gəlmişlər.
Bu dəstə «Gələcəyin Əsgəri» adlanır. Məqsəd isə, düşmənlə — yəni AZƏRBAYCANA qarşı yenidən müharıbəyə hazırlaşmaqdan ibarətdir.
«Gələcəyin Əsgəri» hərbi-vətənpərvərlik məktəbi şagirdlərinin andiçmə mərasimi 30 dekabr tarixində İrəvanın Komitas şəhər pansionunda baş tutub. Məktəblilər üçün burada andiçmə mərasimi keçirildi. İlk toplantıda təkcə İrəvan şəhərindən 60 nəfər könüllü iştirak etsə də, ölkənin bütün rayonlarından bu məktəbə gəlmək üçün arzu edənlərin sayı getdikcə çoxalır. Məktəbin rəhbəri bildirib ki, məktəbdə müxtəlif döyüş sənəti, atıcılıq, əlbəyaxa döyüş və əsasən də düşmən dili — yəni Azərbaycan dili öyrədilməsi nəzərdə tutulub.
Sözdə barışıq siyasətindən danışan, əslində isə bütün qonşulara və başqa millətlərə düşməm münasıbəti bəsləyən, övladlarını hələ körpə vaxtından saxta tarixləri ilə eqoist və qatı millətçi ruhunda tərbiyə edən mənfur bir millətdən bundan başqa nə gözləmək olardı?
Qeyd: Xahiş edirəm son şəklə xüsusi diqqət yetirəsiniz…
İSMAYIL TANRIVERDİ
BDU-nun erməni araşdırmaları Elmi tədqiqat və Tədris Mərkəzinin Böyük elmi işçisi





