Bu gün Azərbaycan Cümhuriyyətinin ilk hərbi naziri, Qarabağın general-qubernatoru, ermənilərin qənimi, Xosrov bəy Sultanovun vəfatı günüdür.
Xosrov bəy Sultanov 1919-cu idə Xosrov bəy Sultanov Zəngəzur, Cavanşir, Şuşa və Cəbrayıl qəzalarının general-qubernatoru olub. Onun həm azərbaycanlıların, həm də ermənilərin yaşadığı ərazinin general-qubernatoru olduğunu ingilis general Tomson da təsdiq etmişdi.

Xosrov bəy Sultanovun Qarabağla bağlı israrlı təkidləri:
1. Qarabağ və Zəngəzur məsələsinin həllində ingilis köməyindən qətiyyətlə imtina edilməlidir,
2. İngilislər Qarabağ və Zəngəzur məsələsinin həllində bizə yalnız maneçilik yaradırlar,
3. Məcburi tədbirlər görülmədikcə ermənilər Azərbaycan hakimiyyətinə tabe olmayacaqlar,
4. Bu problem həllini tapmadıqca əhali hökumətin gücsüz olduğuna inanacaqdır.
Bu isə həmin bölgələrdən əlimizi tamam üzmək deməkdir. Xosrov bəy məsələnin həllinin yolun da göstərirdi:
1. Təcili hərbi hissələri Zəngəzura yeritmək, ermənilərin İrəvandan Zəngəzura, Azərbaycanın digər bölgələrinə hərəkətinin qarşısını almaq,
2. Dağlıq Qarabağa Azərbaycanın hakimiyyətini tanımaq barədə ultimatum vermək və 6 gün vaxt qoymaq,
3. Bütün ermənilərə Azərbaycan rayonlarından getməyi təklif etmək, ultimatum dövründə onlarla hər cür danışıqları kəsmək, ultimatum bitdiyində dərhal hərbi əməliyyatlara başlamaq və bütün məsuliyyəti erməni başçılarının üzərinə qoymaq…
Məkanı cənnət olsun!
Elmar Həsənli

