İtkin düşən erməni hərbçilərin valideynləri oturaq aksiya keçirdi

Ermənistanda Eçmiadzində hərbi hissəsinin qarşısına toplaşan itkin düşmüş hərbi qulluqçuların valideynləri oturaq aksiya keçirirlər.

Virtualaz.org bildirir ki, bu barədə “news.am” saytı məlumat yayıb.

İtkin düşmüş hərbçilərdən birinin anası Anait Adoyan deyib ki, 81 gündür övladları barədə məlumat ala bilmirlər:

“Biz hər hansı məlumat öyrənmək istəyirik. Heç bir deputat, məmur bizə cavab vermək istəmir. Onlar bizim burda olduğumuzu görmürlər?».

Bu xəbəri paylaşın: