“Türkiyə bizim üçün önəmlidir” – O ölkə iddiaları rədd etdi

Qətər Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman əl-Tani Körfəz ölkələri ilə normallaşma anlaşmasının Türkiyə ilə əlaqələrə təsir etməyəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə İngiltərənin “Financial Times” qəzetinə müsahibəsində danışıb.

Qətərin digər ərəb ölkələri ilə münasibətlərindəki gərginliyi aradan qaldırdığını deyən diplomat Türkiyə ilə münasibətlərə xüsusi önəm verdiklərini bildirib.

Bəzi xarici media qurumları sözügedən anlaşmanın imzalanmasının Qətərin Türkiyə ilə münasibətlərinə mənfi təsir edə biləcəyini iddia etmişdilər.
Türkiyə Qətərin Körfəz ölkələri ilə razılaşmasını məmnuniyyətlə qarşıladığını açıqlayıb.

Bu xəbəri paylaşın: