Koronavirus bir imperializm oyunbazlığı və dələduzluğudur

Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

İnsan psixoloji olaraq qəbul etdiyi informasiyalar əsasında formalaşır, streslərdən xəstəlik tapır. Adicə bir şaiyənin böyük bir ordunun görə bilmədiyi işi gördüyünü zaman-zaman hər birimiz görmüşük.

Sosial şəbəkədə deyerli bir elm adamı olan Muzeffer Çiçek maraqlı bir paylaşım edib. Paylaşımda deyilir ki, 1981-ci ildə ABŞ-da «Qaranlığın gözləri» adlı bir kitab nəşr olunub və bu əsər əsasında film çəkilib. Kitabda Çinin Uhan şəhərində yayılan bir virusdan söz açılır. Bu gün Çinin Uhan (Wuhan) şəhərindən dünyanın artıq 140-cı ölkəsinə qədəm basan virus təbiətin şıltaqlığımı, yoxsa bəşəriyyətə qarşı imperialist güclərin növbəti cinayətimi?

Нет описания фото.

Orqanizminin 90-99% viruslardan ibarət olan insanı hədəfə alan koronovirusu kimlər ortaya atıb?

Öncə iki Dünya müharibəsinə səbəb olmuş dolların və onun sahiblərinin bu pandemiyada rolu nədən ibarətdir? Öncə bildirək ki, martın 11-də axşam Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 koronavirusunun qlobal pandemiya elan edib. COVID-19 virusunun rəsmən pandemiya elan olunması əsas fokusu dəyişməyi və nəticələrin öhdəsindən gəlməyə çalışmağı tövsiyə edir – ilk növbədə çox sayda xəstələrin öhdəsindən gəlmək lazımdır.

Xatırladaq ki, XX əsrdə ilk pandemiya CDC-in məlumatına əsasən, ən yeni tarixdə 1918-ci ildə yaşanan qrip pandemiyası olub, bunu həm də “ispan qripi” adlandırırdılar. O zaman 500 milyon nəfərə yaxın insan, yəni planet əhalisinin üçdə biri bu virusa yoluxmuşdu. “İspan qripindən” bütün dünyada 50 milyona yaxın insan tələf oldu. Bu gün koronavirusun sürətli yayınını təşkili üçün ən böyük rolu şaiyələr oynayır. Qorxu, vahimə və iqtisadi çətinliklərin yaradılması prosesləri xaosa doğru sürükləyir. Elə xalqlar var ki, xaos zamanı idarə olunmaz olurlar. Xüsusiylə, Azərbaycan xalqının həyatında 90-cı illərdə bu şaiyələrin oynadığı mənfi rolun nəticələrini hər birimiz xatırlamaqdayıq.

Редактировать изображение

Bu qorxu, həyacan, qorxunc şaiyələr qəsdən yaradılır. Çünki bu hisslərin özü virus yaradan vasitələrdir. Çaxnaşma, tələskənlik davam edərsə, hüceyrələr zədələnər, depressiya və daxili xəstəliklər başlayar. Çünki isterik xəbərlər, qorxunc şaiyyələr zamanı orqanizm özünü qorumaq üçün daxili hüceyrələri enerjiyə çevirir və orqanizm tədricən öz immunitetini itirir. Elm sübut edib ki, ruh yüksəkliyi və xoş xəbərlər orqanizmdə ağ qanın istehsalını artırar, bu da öz növbəsində orqanizmdə immunitet sisteminin qurulmasını təmin edər. Yəni bu gün təlaş, qorxu və şaiyələr heç də təsadüfən yayılmır. Bunlar sizin immunul sisteminizi zəiflədərək, orqanizminizi virusun qəbulu üçün hazırlamaqdadır.

Deməli, koronavirus bir neçə hədəf üçün hesablanıb.

Hədəf, dünyada yayğın olan adət-ənənələrin sarsıdılması, din pərdəsiylə güclənən xurafatın və inanc sisteminin alt-üst edilməsi, xüsusən İran-Çin-İtaliya və Məkkənin boş qalması olayları papaların, ayətullaların və lamaların virus qarşısında məsxərəyə qoyulması və imperializmin dünya bazarını istədikləri məcraya yönəldərək trilyonlar qazanma imkanlarının yoxlanmasıdır.

Картинки по запросу roma papası koronavirus düşüb

Avropada Katolik məzhəbinin mərkəzi olan İtaliya qəsdən seçildi. Qədim dövrlərdən çox sayda insanın, xüsusən də katoliklərin öldürülməsinin baş aktyoru olan papanın zəifliyini onun mənəvi gücünə inanan insanlara əyani olaraq göstərildi. İslam dünyasının şiə məzhəbinin öndəri sayılan İran cümə namazlarını qadağan etməklə anti İslamçı durumuna düşdülər. Səudiyəlilər «heç zaman bağlanmayacağı və Allahın qoruması altında olduğu» deyilən Kəbəni bağladılar və digər ərəblər də ölkələrini müsəlman «qardaşlarının» üzünə bağladılar. Bu bir İslam əxlaqı əleyhinə atılmış addım sayılır. Yardımlaşma, şeytan daşlama və s. kimi öyünülmüş ənənələr də gülüş obyektinə çevrilib. Buddizm kahinləri də məbədləri çoxdan tərk ediblər. Danışmağa belə dəyməz.

1500x500.jpg

Əlbəttə, hadisənin digər maddi cəhətləri də var, dünyada istehlak edən əhalinin sayca tənzimlənməsi də ehtimallar içindədir və tənzimləmə üçün geniş yayılan bir epidemiyaya ehtiyac var idi.

Bu virus haqqında informasiyada deyilir ki, buna az yaşlı uşaqlar yoluxmur. Bu nə deməkdir?

Yəni uşaq bu güclər üçün gələcək deməkdir, hər şeydən əvvəl uşaq gələcək bir işçi, döyüşçü, xidmətçi və hakim qüvvələr üçün bir kapital deməkdir.

Uşaqlardan başqa gənclər və immuniteti sağlam olan insanlar da bu virusdan qurtula bilər. Bəs bu virus kimləri öldürür?

Ön sırada yaşlı, xəstə, mədə-bağırsaq problemli və immuniteti zəif olan insanlar gəlir. Artıq imperialist güclər üçün bu adamlar dünyada artıqdırlar və dövlətlərin yardımıyla yaşadıqlarına görə ölmələri daha məqsədəuyğundur.

/Coronavirus And The Sun: A Lesson From The 1918 Influenza Pandemic/

Almaniyada, Fransada və İngiltərədə belə yaşlı və xəstə insanların sayı daha çoxdur və dövlətin sosial cibindən pay alanların sayı ilbəil artmaqdadır. İngilis kraliçasının bu adamlara müraciətlə həyatdan getməyə hazır olmağa çağırması və Merkelin Almaniyada bu virusa 60 milyon nəfərin tutulacağını ifadə etməsi, Fransa rəsmi dairələrinin ölkə əhalisinin 70%-nin bu virusa yoluxacağını proqnoz kimi səsləndirməsi sıradan bir məsələ sayılmamalıdır.

Xüsusən Almaniya daha çox sosial bir dövlət olduğu üçün yaşlı və xəstə insanlara ödəməli olduqları büdcə vəsaiti və müddəti çoxdur. Bu pərdə arxasında dövləti idarə edən imperialist güclər üçün nə deməkdir? Bəlkə də bu üsula ilk əl atan Hitler Almaniyası olub. Sağlam və güclü bir Almaniya yaratmaq üçün onlar, evtanaziya xəstələri olan yaşlı insanları öldürmüşdülər. Bu üsulun ixtiraçıları müharibədən sonra lüks bir şəkildə, xüsusən ABŞ, Birləşmiş Krallıq tərəfindən qəbul edildilər. Onlara yaxşı şərait yaradıldı və maaşlar verildi. Əlbəttə ki, bioloji laboratoriyada viruslar istehsal edilə bilər və bir çox bioloq yaxşı bilir ki, virusu əldə etmək və yaymaq çətin iş deyil.

Virusun növbəti hədəfi dinlər və bu dinlərin hesabına öz hökmranlığını quranlar oldu. Adi bir virusla çarəsiz duruma düşən, Allahın adından bəyanatlar verən din tacirləri, papalar, keşişlər, molla və müftilərin can qorxusuyla Azanda xalqı Küveytdə namaza gəlməməyə çağırması günümüzün reallığına çevrildi. Yaxud da İranlılara səslənən İran Dini lideri Ayətullah Ali Xamaneyiyə yaxınlığı ilə tanınan, Şiə məzhəbinin imamlarından Ali Rıza Pənahiyan koronavirüsü hər kəsə və hər tərəfə yaymalarını istəyərək, bu virusun «İmam Mehdi»‘nin zühur əlamətlərindən olduğunu söyləyib.

Koronavirusun əsas hədəfi dünyada mövqeyi zədələnmiş dolların dayanaqlığını təmin etməkdən ibarətdir. Uğrunda iki Dünya savaşı etdiyi dollar III Dünya savaşını bu şəkildə davam etdirir. Dünyanın 67 ölkəsində lokal və regional müharibələr gedir. Xatırladım ki, dolların maliyyə olimpinə gedən yolu heç da asan olmayıb. XX əsrdə ABŞ iqtisadi inkişaf baxımından İngiltərəni ötdü və Almaniyaya çatdı. O vaxtlar ingilis funtu dünya valyutası sayılırdı. Bu yerə sahiblənmək üçün ABŞ-a iqtisadi inkişaf yetərli olmadı. Avropanın bir çox ölkələrində heç dolları tanımırdılar. Məhz bu səbəbdən Birinci Dünya Müharibəsi ssenarisi dövrəyə atıldı. Lakin müharibə də dollara düşünülmüş statusu verə bilmədi.

İkinci bir müharibəyə ehtiyac yarandı.

İkinci Dünya Savaşından dərhal sonra rəsmən 1946-cı ildən dollar dünya valyutası rolunu aldı. Beləliklə, qədim kimyagərlər daşı qızıla çevirməyi düşündükləri sayaq amerikalılar “havanı qızıla” çevirməyi bacardılar. Bu gün digər dövlətlər devolvasiya həddində olduqları bir vaxtda 3 sentlik dollar kağızları günbəgün nüfuzunu bərpa etməkdədir.

Картинки по запросу G7

Diqqət yetirmək lazımdır ki, 2014-cü il dekabr ayına ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Rusiya öz xəzinə öhdəliyindəki 22 milyard doları satıb. Bu da Amerika dollarına aid bütün fondların 20 % deməkdir. Çin də bu kağızlardan can qurtarmaq niyyətiylə həcmi 6.1 mlrd. dollar azaldıb. Hazırda Çinin bu “yaşıl kağıza” olan təlabatı 1.2443 trilyon dollara düşüb. 2013-cü ilin III rübündə bu rəqəm 3.66 trilyon dollar olmuşdu. Yəni dollardan imtina onun imicinə ciddi zərbələr vurmaqdaydı.

Nəhayət, ötən cümə günü dollar əhəmiyyətli dərəcədə möhkəmləndi, çünki investorlar koronavirusa qarşı artan çaxnaşma şəraitində dünyanın ən likvid valyutası uğrunda mübarizə apardılar, Avropa Mərkəzi Bankı məzənnələrini məyus bir şəkildə azaltmağa məcbur oldu və bu məzənnədən avro itirdi.

Bu mübadilə sıçrayışından sonra ABŞ dolları əksər valyutalara qarşı möhkəmləndi və virusun qlobal iqtisadi təsiri ilə əlaqədar birjanın çökməsi fonunda investorların dollar qıtlığı ilə üzləşdikləri özünü göstərdi.

Dünya virus xofu ilə yaşadığı günlərdə, elə həmin cümə axşamı AMB (Avropa Mərkəzi Bankı), banklara -0,75% -ə qədər faiz dərəcəsi ilə kredit verməyi və istiqraz alışını artırmağı nəzərdə tutan bir stimul paketi elan etdi.

Federal Ehtiyat 1.5 trilyon dollarlıq qısamüddətli likvidliyi təmin etmək üçün hərəkətə keçdi və satın aldığı xəzinə istiqrazlarının ödəmə müddətini dəyişdirdi, lakin pul bazarları investorların Fed-in maliyyə bazarlarında sakitliyi bərpa etmək üçün daha da irəliləməsini gözləyir.

İndiyə qədər investorlar hökumətin ABŞ-da artan infeksiyalara reaksiyasından məyus olduqlarını bildirdilər və ticarətçilər daha geniş maliyyə bazarlarına təsir göstərə biləcəkləri barədə xəbərdarlıq etdilər.

Toki Gaitame.com Araşdırma İnstitutunun baş meneceri Takuya Kanda, «Düşmə riski yenə fayda verdi, amma indi riskin dolları dəstəkləməkdə olduğunu gördük» dedi. «Biz çaxnaşma rejimindəyik, çünki səhmlərin nə qədər düşəcəyini bilmirik.»

Cümə axşamı AMB qərarından sonra avro məzənnəsi 1.1114 dollar səviyyəsinə endi. Funtla əlaqədar olaraq, cümə günü dollar bir qədər də yüksəlib 1.2507 dollar olub ki, bu da 2016-cı ilin İyulundan bəri funtla müqayisədə ən böyük bir günlük artım sayılır. Dollar bir həftə içində funta qarşı 4.0% bahalaşdı, bu da 2016-cı ilin oktyabrından bəri ən yaxşı göstərici hesab edilir.

Bir həftə içində dollar 1% artaraq İsveçrə frankına nisbətdə 0.9515 səviyyəsində mübadilə edildi.

AMB, koronavirus pandemiyası ilə mübarizədə kömək etmək üçün cümə axşamı günü tək bir stimul paketi açıqlayıb, ancaq ABŞ və Böyük Britaniyadakı həmkarları faiz dərəcələrini endirərək onlara qoşulmadı.

Cümə günü ABŞ dolları 2.17% bahalaşaraq 106.93 iyenə çatdı. İen üçün çarpaz bir valyutaya ehtiyac duyuldu və funt nəzərdən keçirildi, bu, ticarətçilərin fikrincə, dollar çatışmazlığının əlamətidir

Müxtəlif bazarlarda maliyyə stresinin əlamətləri olduğuna görə, Nyu York Federal Ehtiyat Bankı bəyan edib ki, pulları hər biri 500 milyard dollardan ibarət 3 tranşla təmin edəcəyini və ABŞ-ın qiymətli kağızlarının daha geniş çeşidini almağa başlayacağını söylədi.

Похожее изображение

Cümə axşamı G7-nin yüksək vəzifəli rəsmiləri böhrandan danışdı və səhm qiymətlərinin düşməsi, korporativ istiqrazların yayılmasının genişlənməsi fonunda yaxından işləmələrini təsdiqlədi. Kanada dolları, dörd il ərzində ən aşağı səviyyədən geri dönərək ABŞ dollarına nisbətdə 1.3880 Kanada dollarına qədər yüksəldi. Baş nazir Justin Trudeyunun həyat yoldaşının koronavirus xəstəliyinə yoluxması xəbəri təsdiqini tapmayıb. Trudeyuda virusun heç bir əlaməti yoxdur, lakin daha 14 gün təcridxanada qalacaq.

Avstraliya və Yeni Zelandiya dolları Asiya ticarətində əsas tədavül vasitəsi kimi alternativsiz qəbul etməkdədir.

Məsələ bunca bəsit və sadədir. Yəni dava «yorğan davasıdır». Koronavirus növbəti bir imperializm oyunudur. Xalqların və dövlətlərin əlində olan milyardlar imperialist güclər tərəfindən ağzını və gözünü bağlamaqla talan edilməkdədir. Bu zahiri qorunma vasitələrinin məcazi mənası «sus və görməz ol» deməkdir. İşlənmiş sistem maliyyə sistemi vəsaitlərin dövr edərək lazım olan hesablarda toplanmasını təmin etməkdədir.

Əslində bu virusun adı da yanlışdı. Bu virusun adı əslində «DOLLARVİRUS» olmalıydı. Bir lətifədə deyilir: “Auksionda Rafaelin fırçasından çıxmış bir rəsm əsəri satılır. Ərəb neft, rus isə dəyəri qədər qızıl təklif edir. Amerikalı 10 min dolar atıb rəsmə sahib olur. Əslində isə bu amerikalı rəsmə cəmi 3 dollar xərcləyib. Çünki 100 dollarlıq əskinas üçün cəmi 3 sent vəsait xərclənir”.

Beləliklə, koronovirus bir beynəlxalq dələduzluq subyektidir. Ya elmli olub aldanmayacaqsan, ya da ki, bu virusdan öz payını almaq üçün 1 kq qoz və 2 kq almanı alıb öz növbəni gözləyəcəksən!

Bu xəbəri paylaşın: