Trampın oğlu: «Dünya Amerikaya gülür, Mao, Lenin və Stalin isə gülümsünürlər”

ABŞ-ın hazırkı Prezidenti Donald Trampın oğlu, kiçik  Donald Tramp hesab edir ki, Tvitter Amerikanın dövlət başçısının hesabını bağladıqdan sonra dünya Amerikaya gülür.

Virtualaz.org bildirir ki, bu barədə o, Twitter-də yazıb.

«Dünya Amerikaya gülür, Mao, Lenin və Stalin isə gülümsünürlər. Böyük texnoloji şirkətlər Prezidenti senzura edə bilərlər?»— kiçik Tramp yazıb.

O, həmçinin söz azadlığının ölü olduğunu və ona «qüdrətli solçular» tərəfindən nəzarət edildiyini bildirib.

Xatırladaq ki, daha əvvəl Twitter rəhbərliyi «şiddətə daha çox təhrik etmə riski üzündən» Trampın hesabına girişi bloklayıb. Bundan sonra Trampın seçki qərargahının hesabı da bloklandı. Bütün bunlardan əvvəl isə onun Facebook, Instagram, Twitch və Snapchat səhifələri bloklanmışdı.

Bu xəbəri paylaşın: