Vətən müharibəsində itkin düşmüş zabitimizin şəhid olduğu müəyyənləşib

Vətən müharibəsində itkin düşmüş 28 yaşlı baş leytenant Abdullazadə Həsənağa Şakir oğlunun şəhid olduğu məlum olub.

Həsənağa Abdullazadə 3 ay idi ki, itkin hesab edilirdi. Onun bu gün şəhid olduğu müəyyənləşib. Şəhid II Şəhidlər Xiyabanda torpağa tapşırılıb.

Həsənağa Abdullazadə 1993-ci ildə Lənkəran şəhərində doğulub. Ailəli idi. Ailəsi onunla sonuncu dəfə oktyabrın 1-də danışmışdı.

O, Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.

Allah rəhmət eləsin!

Bu xəbəri paylaşın: