«AZƏRBAYCAN yenidən Ermənistanı təhdid etdi»-deyə erməni mətbuatı yazır.
Azərbaycan Xarici İşlər Nazirliyi, Ermənistandan olan diplomatlar və məmurların Qarabağa səfərləri ilə əlaqədar bir açıqlama yaydı. Açıqlamada deyilir: “Bir daha vurğulayırıq ki, Ermənistan dövlət rəsmilərinin Azərbaycan ərazisinə qanunsuz səfərləri yolverilməzdir.
Ermənistan Xarici İşlər naziri rəsmi Bakının icazəsi olmadan yenidən Azərbaycan ərazilərinə gələrsə, bu Ermənistan üçün baha başa gələ bilər. Ermənistan Xarici İşlər nazirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı əsassız açıqlamasına gəlincə isə Ermənistan rəsmilərinə xatırlatmaq istərdik ki, Prezident İlham Əliyev status məsələsini tarixin zibil qutusuna göndərmişdir.»
İSMAYIL TANRIVERDİ
BDU-nun erməni araşdırmaları Elmi tədqiqat və Tədris Mərkəzinin Böyük elmi işçisi
Mənbə: http://topnews.mediamall.am/?id=238318
