«Anna Akopyan iki qızı ilə birlikdə Moskvaya uçub».
Bu xəbəri yayan Erkramas saytı yazır: «Onları Ermənistanın Baş naziri Paşinyanın şəxsi təhlükəsizliyindən dörd mühafizəçi müşayiət edib. Moskvada rəsmi nümayəndə heyətlərinin salonunda Nikolun ailəsini Rusiya xüsusi xidmət orqanlarının zabitləri qarşılayıb.
Elə ilk anda kiçik bir münaqişə yaşanıb. Hava limanının əməkdaşı, görünüşcə erməni milliyyətindən olan şəxs, Anna Akopyanı lentə almağa çalışsa da, Ermənistandan gələn mühafizəçilər həmin şəxsi yerə yıxaraq telefonunu sındırıblar. Dava davam edərkən Anna Akopyan birdən-birə Rusiya nömrəli və işıqları yanıb-sönən bir maşına əyləşməyə çalışıb. Ancaq başqa bir şəxs, maneələrə baxmayaraq, Paşinyanın həyat yoldaşını və uşaqlarını lentə almağa müvəffəq olub.
Öyrəndik ki, erməni baş nazirin ailəsi Moskvanın Rublevskoye magistral yolundakı ərazidə ev seçmək üçün uçub. Rusiya Prezident Administrasiyası mülahizəyə görə, Akopyanın birini seçə biləcəyi üç evi baxış üçün hazırlayıb. Paşinyan istefasından dərhal sonra Moskvada gizlənməyə qərar verdiyi də aydınlaşıb. Rusiya hakimiyyəti onun təhlükəsizliyinə təminat verib. Həm də yaxın günlərdə Paşinyan özü və bütün ailə üzvləri Rusiya vətəndaşlığı alacaqlar. Paşinyan bir şeylə arxayındır ki, Rusiya qanunlarına görə, Rusiya öz vətəndaşlarını başqa ölkələrə təhvil vermir» — deyə Erkramas faşist şüarlı erməni saytı yazıb.

