The New York Times yazır ki, 6 yanvarda Vaşinqtonda baş verən qiyamın iştirakçıları, federal prokurorların vəsatətinə əsasən «seçilmiş şəxsləri ələ keçirib öldürmək» niyyətində olublar.
Sənəddə deyilir: «Çanslinin özünün Kapitoliydəki sözləri və hərəkətləri daxil olmaqla güclü dəlillər, qiyamçıların məqsədinin bəzi məmurları ələ keçirmək və öldürmək olduğunu göstərir».
Prokurorlar qeyd etdilər ki, konqres salonunda Çansli kürsüyə çıxdı və ölkənin vitse-prezidenti Miçel Penceyə təhdid dolu bir qeyd buraxdı.
Mesajda: «Bu zaman məsələsidir, ədalət gəlir» — deyilirdi.
Eyni zamanda Federal Vəkil vəzifəsini icra edən Miçel Şerwin, Kapitoliyə basqın edənlərin Konqres üzvlərini ələ keçirməyi və ya öldürməyi planlaşdırdıqlarına dair birbaşa sübut olmadığını da söyləyib. O, hadisənin istintaqının paytaxt bölgəsindən kənara çıxdığını və hücum iştirakçılarının ölkənin hər yerində tutularaq dindirildiyini qeyd etdi. Bu səbəblə də ziddiyyətli məlumatlar da daxil ola bilər, deyə Şerwin işarə edib.
Prokuror, Kapitolinin tutulmasından sonra 100-ə yaxın cinayət işi açıldığını və 300-ə yaxın şübhəli haqqında sənədlərin də yığıldığını söylədi.
Xatırladaq ki, Tramp tərəfdarları 6 yanvarda Kapitoliyə basqın etmişdi. Demokrat Cozef Baydenin qazandığı prezident seçkilərinin təsdiqlənməsinə mane olmaq üçün Konqres binasına girdilər. Daha sonra səlahiyyətliləin verdiyi məlumata görə, r etiraz aksiyası zamanı bir polis məmuru da daxil olmaqla beş nəfərin öldüyü söylənildi.
Konqresdəki Demokratlar Trampı qiyam qaldırmaqda günahlandırdı və onun hakimiyyətdən uzaqlaşdırılmasını istədilər. 13 yanvarda Nümayəndələr Palatasının on respublikaçı da daxil olmaqla 232 üzvü Trampın impiçmentinə səs verdi. 197 konqresmen qarşı çıxdı. Məsələyə baxılması və prezidentin məhkəməsi rəsmi olaraq dövlət başçısı vəzifəsindən istefa etdikdən sonra davam edə bilər. Bu vəziyyətdə senatorlar onun gələcəkdə dövlət vəzifəsində çalışmasını qadağan edə bilərlər.