ATALAR VƏ OĞULLAR: Biz Sizdən öyrəndik qəhrəmanlığı…

Online formada dərs zamanı müəlliməsi sual verib ki, sehirli fırçanız olsaydı, nə çəkərdiniz?

Altı yaşlı Ərhunun cavabı çox gözlənilməz, bir o qədər də təsirli olub. Eşidəndə kövrəlmədim desəm, yalan olar.

Dialoq aşağıdakı kimi olub:


Müəllimə, mənim sehirli fırçam olsaydı, Əhməd babamı çəkərdim, canlanardı, onu qucaqlayardım.
-Ərhun, baban rəhmətə gedib?
-Yox, müəllimə, mənim babam şəhid olub, cənnətdədir.
-Allah rəhmət eləsin, mənim balam.
-Atama deyəcəm, sehirli fırça alsın, onu canlandırım ki, qucaqlayıb öpüm… 

LEYLA Həsənova

Bu xəbəri paylaşın: