Mübariz Mənsimov həbs olundu: son görüntüsü — Video

Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

FETÖ istintaqı çərçivəsində saxlanılan iş adamı barəsində həbs qərarı çıxarılıb. M.Mənsimov FETÖ-nun əsas isimləri – Akın İpək, Suat Yıldırım, Süleyman Uysal ilə vaxtaşırı telefon danışıqları aparmaqda ittiham olunur. Təşkilatın Rusiya imamı Əhməd Hamdi Vuralla da iş yerində görüşdüyü təsbit edilən Mənsimovun bu adamlar görüşlərində danışıqların dinlənilməməsi üçün siqnalkəsən “Jammer” alətindən istifadə edildiyi bildirilir.

Mübariz Mənsimovla birlikdə saxlanılan Palmali Şirkətlər Qrupunun meneceri Nuray Nurcahan Perker isə sərbəst buraxılıb.

Qeyd edək ki, iş adamı Mübariz Mənsimov bir neçə gün öncə İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılmışdı.

***

Türkiyə mediası M.Mənsimovun məhkəməyə gedərkən son fotosunu yayıb.

Bu xəbəri paylaşın: