Kimsə unudulmur, heç nə yaddan çıxmır…

Həkim Alim Şıxəliyev

44 günlük Vətən Müharibəsində müharibə veteranlarımız, o cümlədən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Birlik olaraq, həm əsgərimizlə çiyin-çiyinə, həm də ordumuzun arxasında oldu. 44 gün cəbhədən geri dönməyən və bu gün də öz xeyirxah işlərini davam etdirən AVMVİB sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini İslam Səfərov bizimlə söhbətdə bildirdi ki, müharibə hər kəsin kimliyini və hisslərini ortaya qoydu.

Sözdə vətənpərvərliklə əməldə vətənpərvərlik öz fərqini göstərdi. Belə insanlarımıza bir daha öz minnətdarlığımı bildirirəm. Bizim ordumuzla təmasda olmağımıza daim dəstək olan Əhmədli Tibb Mərkəzinin Baş həkimi, terapevt-kordioloq, tibb elmləri namizədi Alim Həmzə oğlu Şıxəliyev kimi vətənpərvər insanlarımızın sayəsində böyük ilər gördük. Xatırladım ki, Ordumuza dəstək Fonduna 10 min manat köçürməklə yanaşı, cəbhədə ciddi ehtiyac duyulan 10 min manatlıq tibbi pereparat və ləvazımatları da gecimədən elə Alim Şıxaliyev göndərdi. Bundan əlavə dəfələrlə əsgərlərimiz üçün isti geyimlər yolladı və biz öz əlimizlə yardımları sahiblərinə elə səngərlərdə çatdırdıq.

İslam Səfərov bildirdi ki, həkim Alim Şıxəliyev, müharibədən öncə də müharibə əlillərinə, şəhid ailələrinə yardımları və qayğısıyla seçilirdi. O, bu işləri bir vətəndaş kimi öz borcu elan etmişdi və bu gün də analoji işlər davam etdirilir.

Elə ona görə də bu cür vətənpərvər və peşəkar həkimimiz olan Alim Həmzə oğlu Şıxəliyevi öz yanımızda görmək istədik. Onu AVMVİB-ə Fəxri üzv qəbul edərək, həkimin illərlə apardığı humanist fəaliyyəti qiymətləndirdik və Alim Həmzə oğlu Şıxəliyevi Fəxri Fərman və Birliyin Xatirə medalıyla təltif etdik.

Bu dəyərli insanı şəxsən AVMVİB sədri Füzuli Rzaquliyev təltif etdi, təbrik edərək öz ürək sözlərini, arzularını çatdırdı.

Təbrik edirik!

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: