Düşmənin Qarabağda mövcud olmuş müdafiə istehkamlarından daha birinin videogörüntüləri sosial şəbəkələrdə yayılıb. Kadrlara əsasən Ermənistan ordusu 30 ilə yaxındır işğal altında saxladığı və 44 günlük müharibədə ordumuzun azad etdiyi ərazilərdə beton istehkamlarla yanaşı dağın altında bunker və tunellər şəbəkəsi də qurubmuş.
Bu kadrlardan görünür ki, düşmən dağın altında möhkəmləndirilmiş bunker yaradıb, labirintə oxşayan tunellərlə həmin bunkerdən müşahidə postlarına yollar çəkib.
Baku tv-nin yaydığı kadrları təqdim edirik:
Bu xəbəri paylaşın:
