Əliyev Ərdoğana zəng edib

Yanvarın 16-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Recep Tayyip Ərdoğana telefonla zəng edib.

Əliyev və Ərdoğan «Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər,» Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatında deyilir.

Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb.

İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.

Recep Tayyip Ərdoğan İlham Əliyevə məlumatına görə minnətdarlığını bildirib və Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib, Bu barədə Mətbuat Xidmətinin məlumatında deyilib.

Bu xəbəri paylaşın: