Paşinyan Sərkisyanın komandasından yardım istədi

Koronavirusla əlaqədar yaranan situasiya ucbatından iqtisadiyyatın pisləşməsi “iqtisadi inqilab” vədi verən Paşinyan hökumətini həddən artıq çətin vəziyyətə salıb.

Fedai.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, vəziyyətdən çıxmaq üçün hakimiyyət nümayəndələri keçmiş hökumətin təmsilçilərinə müraciət ediblər. Belə ki, dünən parlamentdə hazırkı hökumət nümayəndələri ilə sələflərinin qapalı görüşü keçirilib. Görüşə keçmiş maliyyə naziri Vardan Aramyan, baş nazirin keçmiş müavini Vaçe Qabrielyan, maliyyə məsələləri üzrə ekspert Ovannes Avetisyan və iqtisadçı Aşot Xurşudyan dəvət edilib.

Görüşdə əsas müzakirə mövzusu ölkəni iqtisadi tənəzzüldən qurtarmaq yolları olub.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •