Bu savaşın bir adı da «Atalar və Oğullar» savaşı olsun…

AVMVİB sıralarına gənc döyüşçülərimiz gəlməkdədir. Bu gün AVMVİB Mingəçevir şəhər şöbəsinə yeni üzvlər qəbul edilib. Şair yaxşı demiş:

Ölər, dizi bükülən,
Qurdun oğlu, qurd olar.
İgid qanı tökülən,
Toz da dönüb yurd olar..
(Elbəyi)

Söhbət əsnasında AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənovdan neçə veteranımızın övladının Vətən savaşında iştirak etdiyini soruşar, soruşmaz bu məlumatları və fotoları göndərdi. Bildirdi ki, bu gün bəzi məkrli insanlar öz aləmlərində döyüşçülər arasında bölücülük salmağa, döyüşçüləri «növləşdirməyə» cəhd edirlər. Amma unudurlar ki, bu savaşçılar biz veteranlar illərcə yetişdirdiyimiz cismani və mənəvi övladlarımızdır. AVMVİB kimi, yalnız bir hədəfə köklənmiş ikinci bir təşkilat varmı?

Haqlı mövqedir. Ata-oğul qazilərimizi təqdim edirik:

  1. Ata Rzayev Dağlar və oğul baş leytenant Orxan Rzayev
  1. Ata Ənvər Cəlilov və oğul Ruzi Cəlilov
  1. Ata Şakir Gülməmmədov və oğul Emin Gülməmmədov
  1. Ata ŞəfiyevSəmiyyət və oğul Ruhani Şəfiyev

Hər birinə eşq olsun! Vətən qaziləriylə var olur. Qazilər Vətənin dastanlaşan canlı abidələridir. Qazi, Vətən sevgisinin simvoludur. Şəhidlər və Qazilər, torpağı Vətən; insanı ulusa çevirən dəyrlərdir.

Daha sonra AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov bildirdi ki, daha bir fəal üzvümüz Əli Piriyevi Birliyin təsis etdiyi Xatirə medallarıyla və döş nişanı ilə təltif etdiyi barədə məlumat verdi.

Təbrik edirik!

Elnur Səlim

Bu xəbəri paylaşın: