AVMVİB RAYON ŞÖBƏLƏRİ ŞƏHİDLƏRİMİZİ ANDILAR…

GORANBOY. AVMVİB Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədovun verdiyi məlumata görə, rayon veteranları izdihamlı bir axınla Şəhidlər Xiyabanına gedərək şəhid məzarlarını yad etmişlər. Müharibə veteranları şəhid məzarlarına tər qərənfillər düzüblər.

AVMVİB Goranboy rayon şöbəsinin üzvü olan müharibə veteranları Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edərək, onların müqəddəs ruhlarına dualar etmişlər.

ZƏNGİLAN. AVMVIB-in Zəngilan şöbəsinin bir qrup üzvu 2-cı Şəhidlər Xiyabanında uyuyan bütün Şəhidlərin məzarını ziyarət edib, Şəhid məzarlarına tər qərənfillər düzüblər.

«AVMVİB Zəngilan rayon şöbəsi olaraq 1996-cı ildən qoyduğumuz ənənəyə sadiq qalaraq 2-ci Şəhidlər Xiyabanda Şəhidlərimizi yad etdik. Allah Şəhidlərimizə rəhmət eləsin!Vətən Şəhidlərimizin qanı hesabına Vətəndir! Şəhidlərimizi heç vaxt unutmarıq!»

Bu barədə AVMVİB Zəngilan şöbəsinin sədri Azad Musayev sosial şəbəkədə məlumat verib.

Bu xəbəri paylaşın: