Ağdaşlı veteranlar 20 Yanvar şəhidlərini andılar

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.

AVMVİB Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayevin verdiyi məlumata görə, rayon veteranları  izdihamlı bir axınla Şəhidlər Xiyabanına gedərək şəhid məzarlarını yad etmişlər. Müharibə veteranları şəhid məzarlarına tər qərənfillər düzüblər.

Saat 12:00-da şəhərdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra mərasim iştirakçıları şəhidlərin məzarları üzərinə qərənfillər düzüb, onların ruhuna dualar oxuyublar.

Allah şəhidlərimizə rəhmət eləsin!

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: