Rusa «xoruzluq» edən «qartal» Xaçikin sərgüzəştləri

Qəhrəman ordumuzun vurduğu zərbədən sərsəmləyən erməni axmaqlığının hüdudu yoxdur. Azərbaycan əsgərini, gah zombi, gah yad planetli, gah robot, gah suriyalı, gah pakistanlı, gah türk komondosları və s. adlandırmaqdan yorulmayan ermənilər bu dəfə də ABŞ, NATO və İŞİD-lə əlaqələndiriblər. Ermənilərin qorxudan böyümüş gözləri, hələ də əcaib şeylər uydurmaqla düşdükləri gülünc və məsxərəli vəziyyətdən qurtulmağa çalışırlar. Hərçənd ki, tək bir nəfər olan Mübariz İbrahimov dərsini bizim şanlı qəhrəmanımız bunlara illər öncə vermişdi. Hələ də Mübarizin minlərlə davamçısı öz saatlarını gözləməkdədirlər…

Erməni faşist nəşri kimi tanınan «Erkramas» yayınladığı bir müsahibəni diqqətinizə çatdırırıq.

Ermənistan ordusuna qarşı ABŞ-da istehsal olunan son radiostansiyalarla təhciz olunmuş döyüşçü İŞİD yaraqlılarının (Rusiya Federasiyasında qadağan edilmiş terror təşkilatı) olmasını təsdiqləyən yeni dəlillər ortaya çıxıb. Bu barədə qəzetimizə «Erməni qartalları» könüllü dəstəsinin komandiri Xaçik Maisoviç Asryan məlumat verib.

— Terrorçuların bizə qarşı vuruşduğunu dəqiq bilirəm. Bu terrorçuların son Amerika radiostansiyalarına sahib olduqlarını vurğulayıram. Yəni ABŞ tərəfindən tam dəstəklənirdilər. NATO bu terrorçularla bir arada idi.

Peşəkar hərbçi polkovnik Asryan, Martuni müdafiə bölgəsinin ön xəttində dəstəsi ilə döyüşürdü. Deyir ki, müharibə hər şeyi öz yerinə qoydu. Döyüşdə olan bir çox erməninin NATO ölkələrinin Qarabağ müharibəsindəki həqiqi roluna «gözlərini açdı». ABŞ-dan, Böyük Britaniyadan və ya Fransadan heç bir əsgər — müharibədən əvvəl Ermənistanı ultra-liberal Qərb “yoluna” çağıranlar, döyüşən Ermənistan ordusunun köməyinə gəlmədi.

“Erməni tarixini oxusan, onlar heç vaxt köməyə gəlməyiblər. Heç vaxt. Ermənistandakı səlahiyyətlilər Qərbin köməyə gəlmələrini gözləyirdilər. Onları aldatdılar. Qərbin bir məqsədi var — Ermənistandan öz milli maraqları üçün istifadə etmək. Erməni torpaqlarımızı NATO üçün, Soros üçün istifadə etmək. Kimə qarşı, Rusiyaya qarşı! Buna heç vaxt icazə vermərik! Biz, erməni qartalları, bunu çox yaxşı başa düşürük və buna heç vaxt yol vermərik.

Polkovnik Asryanın yalnız müharibə deyil, həm də böyük bir dövlət və ictimai iş təcrübəsi var. Çətin 90-cı illərdə Xaçik Maisoviç Ermənistanda yüzlərlə uşağa və yeniyetməyə himayədarlıq edib. Onları idman və ictimai bölmələrə və təşkilatlara gətirdi. Cümhuriyyət İdman nazirinin müavini vəzifəsində çalışmışdır. Üç övlad böyüdüb. Öz həyatını, ailəsinin tərbiyəsinə və «Erməni Qartalları» partiyasına həsr edib. «Erməni Qartalları-Birləşmiş Ermənistan» partiyasının işini üç postulat üzərində qurub — Vətən, ailə və kilsə. Onun sözlərinə görə, Rusiya beynəlxalq miqyasda ənənəvi, bəşəri dəyərlərin və dinc həyatın əsas sütunu olduğunu sübut etdi.

— Rusiyanın sülhməramlı qüvvələri olmasaydı, müharibə bizim üçün daha pis qurtarardı. Rus sülhməramlıları və müdrik lider — Rusiya Prezidenti sayəsində Qarabağın ən azı bir hissəsi qaldı. Rusiya Federasiyasından bir dəstək olmasaydı, biz bunu da itirərdik.

Qarabağdakı müharibə, dərin faciəli nəticələri ilə yanaşı, yalnız sözlə deyil, əməllə də Ermənistan əhalisi üçün dinc bir gələcəyin qurulmasında iştirak etməyə hazır olma anlayışı gətirdi. “Erməni qartalları” partiyasının nümayəndələri xalqlarının gələcəyini Rusiya ilə birləşmiş dövlətin bir hissəsi kimi görürlər. Polkovnik Asryan SSRİ-də Uzaq Şərqdə sahil mühafizə əsgəri kimi xidmət etdiyi illəri xatırlayır. O vaxtlar Rusiya İmperiyası dövründə ermənilər planetimizdəki torpaqların altıdan birini zəbt edən çoxmillətli bir dövlətin layiqli nümayəndələri idilər.(https://am.tsargrad.tv/).

P.S. Bu Xaçik Asryanın açıqlamalarını ikrahla tərcümə edərkən göz önündə bir erməni rəzilliyi, yaltaqlığı və həyasızlığı canlanırdı. Uzun — uzadı nəsə yazıb bu rəzil millət üçün vaxtınızı almaq istməzdim. Amma bir erməni deputatının məşhur bir çıxışı var: «Biz erməni analarının qəhrəman aslan doğmalarını gözləyərkən, onlar «xoruz» (petux) doğurlar». Belə bir rəzili isə partiyasına «qartal» adı verib, Hitleri yamsılamaq istəsə də, rusa «xoruzluq» (petuxluq) edir…

Bu xəbəri paylaşın: