Bəzi ekspertlərin fikrincə, dünya iqtisadiyyatının bərpası üçün 15 il lazım olacaq. Yaranan situasiyadan ən çox turizm sənayesi və aviaşirkətlər əziyyət çəkəcəklər.
Bunu “Haqqin.az”a müsahibəsində rusiyalı iqtisadçı Sergey Xestanov deyib:
“Çində 60 milyon insan karantin altındadır. Bunu indiyə qədər heç kim etməyi bacarmayıb. Çin yaranan situasiyada yaxşı halda ÜDM-in 0,4%-ni, pessimist ssenaridə isə 1%-ni itirəcək. Çin üçün bu, hiss ediləcək itkidir, amma onu fəlakətli adlandırmaq olmaz”.
Xestanov həmçinin neftin qiymətinin 25 dollara qədər düşəcəyi halda, rublun dollar qarşısında 100-120 rubl həcmində ucuzlaşacağını deyib.
Eskpert zamanla qloballaşmadan qismən imtina dövrünün başlayacağını bildirib.
O, koronavirusdan sonra dünyanın əvvəlki olmayacağını söyləyib.