Qarabağda yerləşən Rusiya Fedarasiyası Müdafiə Nazirliyinin Sülhməramlı qoşunlarının yaydığı videoda dünən yanvarın 29-da azərbaycanlıların Kəlbəcər payonuna tikinti materiallarının aparılmasına yardım edərək axıradək müşayiət etdiklərini bildirirlər.
Erməni seqmentində yayılmış bu kadrlarda görünən maşınlar RF-na məxsus olduğu görünür. Yəni təqdim olunan kadrları təkzib etmir. Yəni ciddi araşdırmaya ehtiyac var. Amma Kəlbəcər-Ağdərə yolu rusların təqdim etdikləri video kadrlardakı yoldur.
İnternet məkanında isə təxribat xarakterli daha bir video yayılıb. Kadr arxası, güya bizim yük maşınlarımızı rusların Suqovuşandan Kəlbəcərə buraxmadığı bildirilir. Bildirək ki, Kəlbəcərə gedən yol Suqovuşandan keçmir. Bu yol Ağdərə şəhərinin içindən keçərək, Ortakənd kəndindən Kəlbəcər rayonuna istiqamət alır. Suqovuşan kəndindən Çaylı kəndindən gedən yol isə çox bərbad və keçilməz bir yoldur. Bu informasiyaya görə, reallığı şərh etsək, belə çıxır ki, «sağ qulağımızı sol əlimizlə» göstəririk. Bu sırf təxribat məqsədiylə yayıldığı ortadadır.
Bu faktla bağlı iki videonu diqqətinizə çatdırırıq.
İsmayıl TANRIVERDİ
Elnur Səlim
