Jurnalist Maksim Şevçenko etiraz aksiyasında «OMON» tərəfindən saxlanıldı

Tanınmış jurnalist və ictimai xadim Maksim Şevçenko Tatarıstanın paytaxtı Qazan şəhərində müxalifətçi lider Aleksey Navalnı tərəfdarlarının icazəsiz aksiyası zamanı müvəqqəti saxlanılıb.


Moderator.az xəbər verir ki, bu haqda Rusiyanın “NTV” kanalı məlumat yayıb. 

Hüquq-mühafizə əməkdaşları sənədlərini yoxladıqdan sonra sərbəst buraxılıb. Jurnalist saxlanılma səhnəsinini bir hissəsini telefonuna çəkə bilib. 
Qeyd edək ki, M.Şevçenko Rusiyanın Vladimir vilayətinin Qanunvericilik Məclisinin deputatıdır. Əvvəllər Rusiya Federasiyası İctimai Palatasının üzvü  və Rusiya Federasiyası Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının üzvü olub.


Xatırladaq ki, Maksim Şevçenko neçə illərdir ki, Azərbaycanın   Ermənistan  təcavüzü ilə bağlı haqq işini müdafiə edir. Milli Ordumuzun son 44 günlük  müzəffər savaşı boyu da öz çıxış və müsahibələri ilə daim xalqımızın və dövlətimizin yanında olub. 

Ümumiyyətlə,  müsəlmanlara və türklərə rəğbətlə yanaşan M.Şevçenko Rusiyanın Şuşa əsilli məşhur mütəffəkkiri rəhmətlik Heydər Camalla dost olub.


Sultan Laçın

Bu xəbəri paylaşın: