Türkiyə və Azərbaycan Silahlı Qüvvələri birgə hərbi təlimlərə başlayır

Bu gündən etibarən fevralın 12-dək Türkiyə və Azərbaycan Silahlı Qüvvələri birgə hərbi təlimlərə başlayır.

Türkiyənin Qars vilayətində keçiriləcək təlimlərin məqsədi birgə əməliyyatlar zamanı qoşunların fəaliyyətlərinin koordinasiyasını təmin etmək, həmçinin yeni silah və nəqliyyat vasitələrini sınamaqdır.

Burada tank birləşmələri, artilleriya bölmələri, snayper dəstələri, xüsusi təyinatlılar və aviasiya iştirak edəcək.

Fedai.az

Bu xəbəri paylaşın: