Angela Merkel KARANTİNƏ ALINDI

Angela Merkel koronavirus şübhəsi ilə karantinə alınıb.

Fedai.az xəbər verir ki, Almaniya kansleri ona peyvənd vuran həkimin koronavirusa yoluxduğu barədə məlumat aldıqdan sonra evdə karantin keçməyə qərar verib. Bu barədə Almaniya hökuməti məlumat verib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni bir koronavirus infeksiyası COVID-19 pandemiyası haqqında elan verib.

Qeyd edək ki, bu günə qədər dünyada 266 mindən çox insan bu xəstəliyə yoluxub. 13 mindən çox insan isə bu səbəblə vəfat edib.

Almaniyada isə 18,5 min koronavirus xəstəsi var. Onlardan 55 nəfəri vəfat edib. 

Bu xəbəri paylaşın: