11 fevral 2021-çi il AMVİB Ağdaş rayon şöbəsində tədbir keçirilib.
Bu barədə AMVİB Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev məlumat verib.
İlham Beydullayev bildirib ki, öz suallarına dolğun cavab tapa bilməyən gənc döyüşçülərimiz AVMVİB Rəhbərliyinin tövsiyyəsi ilə post müharibə dövründə cəmiyyətə adaptasiya olunması üçün AVMVİB Ağdaş rayon şöbəsi veteranları müəyyən tədbirrlər keçirirlər.

Növbəti belə tədbirdə yeni müharibə veteranı vəsiqəsi almış üzvlərə və Vətən müharibəsində iştirak etmiş müharibə iştirakçılarına üzvlük vəsiqələri təqdim olunmuşdur.
Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra veteranlar üçün çay süfrəsi arxasında tort kəsilmişdir.
Xatırladaq ki, yaradılmış komissiyanın, nə yeri, nə də ki, gördüyü işlər haqqında heç bir məlumat yoxdur. 68 minlik bir veteran təşkilatının potensialından və təcrübəsindən yararlanmayan bir komissiyanın bu problem barədə məlumatsız olması indidən görünməkdədir.
Elnur Səlim

