AVMVİB Nəsimi rayon veteranları həkimlərlə görüşdülər

AVMVİB Nəsimi rayon şöbəsinin üzvü olan müharibə veteranları həkimlərlə görüşüblər.

Bu barədə AVMVİB Nəsimi rayon şöbəsinin sədri, ehtiyyatda olan polkovnik Elmar Hüseynov məlumat verib.

Ak. Mir Qasımov adına Klinik xəstəxanada Qazilərlə həkimlərin görüşündə qazilər onların qayğısına qalan, müalcə edən həkimlərə öz minnətdarlığını bildirdilər. Klinik Xəstəxananın baş həkimi İlham Qafarovun rəhbərliyi ilə burada çalışan bütün səhiyyə işçiləri hər gün qazilərə mərhəmət və diqqət göstəriblər.

Elmar Hüseynov bildirdi ki, ümumiyyətlə müharibədə yaralanmış onlarla qəhrəman döyeüşçümüzün həyatını xilas edən həkimlərimizin əməyini xalqımız qiymətləndirir. Onlar hər cür ehtirama layiqdirlər.

Elə bunları nəzərə alaraq, bir qrup tibb işçisi:

1. Qafarov ilham Heydır oğlu

2. Musayeva Gülsüm Hidayət qızı

3. İbrahimova Məhəbbət Eyvazəli qızı

4. Məsimov Hüseyn Məcid oğlu

5. Tağıyeva Ziyafət Teymur qızı

6. Heybətova Maisə Ağarza qızı

7. Əliquliyeva Laçın Məmmədxan qızı

8. Əzizova Nərgiz Xeyrulla qızı

9. Novruzova Vəfa İsfəndiyar qızı

AVMVİB Nəsimi rayon şöbəsinin Fəxri fərmanı ilə təltif olunublar.

Tədbirdə Ak. Mir Qasımov adına Klinik xəstəxananın baş həkimi İlham Qafarov, AVMVİB Nəsimi rayon şöbəsinin sədri, ehtiyyatda olan polkovnik Elmar Hüseynov, Qazilərdən İlham Rüstəmov, Vidadi Ağagülov və Əli Əliyrev çıxış edərək həkimlərimizə öz ürək sözlərini çatdırdılar.

Hər birini təbrik edirik!

Türkay Xaqan

Просмотрел(-а) Turkay
Bu xəbəri paylaşın: