AVMVİB Nəsimi rayon şöbəsinin üzvü olan müharibə veteranları həkimlərlə görüşlərini davam etdiriblər.
Bu barədə AVMVİB Nəsimi rayon şöbəsinin sədri, ehtiyyatda olan polkovnik, «Azərbaycan Bayrağı» ordenli Elmar Hüseynov məlumat verib.
Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti möhtərəm Mehriban xanım Əliyevaya 2019-cu ildə Nəsimi rayonu Müharibə Veteranları adından 1-ci Qarabağ Müharibəsinin iştirakçısı, 2-ci qrup müharibə əlili, Qazi Kərimov Taleh Talıb oğlunun qara ciyər serrozu diaqnozu ilə əməliyyata ehtiyacı olduğu barədə müraciət olunmuşdu. Heydər Əliyev Fondu, Səhiyyə Nazirliyi, Təbib-in qayğısı və iştirakı ilə Qarayev Taleh1 il ərzində intensiv müayinə və müalicə olundu. 2021-ci ilin fevral ayında Kərimov Taleh Dr. MirCəlal və Dr. Kamran tərəfindən Mərkəzi Klinik xəstəxanada müvəffəqiyyətlə əməliyyat olundu.
AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, müharibə veteranları adından dərin minnətdarlığını bildirərək deyib: «Möhtərəm Mehriban xanım Əliyeva dediyi kimi Qazilər mənim qardaşlarımdır. Biz də deyirik və fəxr edirik ki, Mehriban xanım bizim bacımızdır».
Həmçinin, AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, Mərkəzi Klinik Xəstəxanın Baş həkimi Dr. Kamran Musayevə və bütün tibbi personalına Veteranlar adından öz minnətdarlığını bildiririb.
Daim müharibə veteranlarına diqqət və qayğıyla yanaşan tibb işçilərinə Fəxri Fərmanlar verilib. Təltifi «Azərbaycan Bayrağı» ordenli Elmar Hüseynov sahiblərinə təqdim edib:
1. Kamran Kazım oğlu Musayev
2. Mircəlal Mirkazım oğlu Kazımi
3.Kamran Ömərşah oğlu Beydullayev
4.Hacı Zakir oğlu Rəsulzadə
5.Səidə Etibar qızı Şindiyeva
6. Xammədova Fidan Ruslan qızı
7.Nigar Çingiz qızı Şükürova
Təbrik edirik!
Elnur Səlim







