44 günlük Vətən müharibəsi günlərində, istər Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) bir təşkilat olaraq, istərsə də Birlik üzvləri fərdi qaydada «Ordumuza dəstək» kompaniyası çərçivəsində daim ön sırada yer aldılar. Bir çox rayon şöbələri ilk gündən son günədək daim önd oldular.
Müharibə veteranlarımız daim döyüşə can atdılar. Belə müharibə veteranlarımızdan biri də AVMVİB Xocavənd rayon şöbəsinin üzvü Yusif Həsənovdur. Müharibənin ilk günündən orduya yazılmaq üçün müraciət edən Yusif Həsənov 12 nəfərlik bir bələdçi qrupuna daxil edilib. Onlar ön xətdə gözləmə mövqeyində olublar. Lakin qəhrəman ordumuzun «Dəmir yumruğuna» tab gətirməyən düşmənin təslim olması onlar dayanan istiqamətdən hücuma imkan verməyib.
Müharibə veteranı Yusif Həsənov deyir: «Mənim əsas məqsədim döyüş vaxtı döyüşçü balalarımızın yanında olmaqdı. Biz AVMVİB üzvü olaraq hər birimiz buna can atdıq və etdik. AVMVİB qələbəyə aparan yolda oldu və dəstək verdi. Mən hərbi hissə tərəfindən Fəxri fərmanla təltif olundum. Bunu veteranlaın əməyinə verilən qiymət kimi qəbul edirəm».
Döyüşçü qardaşımız Yusif Həsənovu təbrik edirik!
Elnur Səlim



