Vətən uğrunda gedən ağır döyüşlərin iştirakçısı, AVMVİB sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini, müharibə əlili İslam Səfərovun «Orduya dəstək» kompaniyası çərşivəsində tam 40 gün ordumuzla birgə olan müharibə veteranlarımızdandı.
İslam Səfərovun AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynovla birgə öndə olan hərbçilərimizə verdiyi maddi və mənəvi dəstək bu gün də davam etməkdədir. Onların təmənnasız olaraq göstərdikləri bu vətənpərvərlik nümunəsi hərbi hissə rəhbərləri tərəfindən yüksək qiymətləndirilməkdədir və bu gün də tərxis olunan hərbçilərimiz elə ilk imkanda İ. Səfərova baş çəkirlər.
Hətta hospitaldan çıxmış yaralı zabitimiz evdən öncə AVMVİB-də İslam Səfərova baş çəkməsi dediklərimizin əyani sübutudur. Bunu bir vicdan məsələsi və vətəndaşlıq borcu sayan İslam Səfərov gördüyü işlərdən könül rahatlığı tapdığını və az da olsa Böyük Zəfərimizdə payı olmasından çox məmnundur. AVMVİB sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini, müharibə əlili İslam Səfərov bildirdi ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin hər bir çağrışına hazır olduğumuzu əməli işlə cavab verməyə çalışıb.
Başqa bir əmrin isə nəvə Asif bəy tərəfindən verildiyini isə biz bilirik. Qeyrətli nəvə Asif bəy babasına «əmr etmişdi» ki, Laçını düşməndən azad etməyincə geri dönmə!
Elnur Səlim



